Azərbaycanda yağ bahalaşdı: Qiymətlər 6 manat artıb

Azərbaycanda kərə və duru yağların qiyməti 50 qəpikdən 6 manatadək yüksəlib. Alıcılar bahalaşmadan şikayətlənirlər. Rəsmi statistikaya görə, kərə yağı istehsalı 9,5 faiz azalıb.

105

Azərbaycanda kərə və duru yağların qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Alıcıların sözlərinə görə, son dövrlərdə bəzi yağ məhsulları növündən və qablaşdırmasından asılı olaraq 50 qəpikdən 6 manatadək bahalaşıb. Qiymət artımı xüsusilə kərə yağlarında daha ciddi hiss olunur.

MSNews.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in paytaxt və regionlardakı ticarət obyektlərindən hazırladığı süjetdə məlumat verilib. Bakı sakinləri bildirirlər ki, əvvəllər daha münasib qiymətə aldıqları yağ məhsullarını indi xeyli baha əldə etməyə məcbur qalırlar.

Alıcılardan biri qeyd edib ki, əvvəllər 18 manat 80 qəpiyə aldığı kərə yağının qiyməti artıq 23 manat 90 qəpiyə yüksəlib. Bu isə həmin məhsul üzrə 5 manat 10 qəpik, təxminən 27 faiz bahalaşma deməkdir.

Vətəndaşların sözlərinə görə, əvvəllər 22–23 manata satılan bəzi kərə yağlarının qiyməti 27 manata, 25 manatlıq məhsulların qiyməti isə 30 manata çatıb.

Qiymət artımı ailələrin alış-veriş vərdişlərinə də təsir göstərir.

Bir sıra istehlakçılar xərclərini azaltmaq məqsədilə böyük qablaşdırmalar əvəzinə 200 qramlıq kiçik kərə yağı paketlərinə üstünlük verdiklərini bildirirlər. Satıcılar da bazarda qiymətlərin yüksəldiyini təsdiqləyirlər. Onların sözlərinə görə, bahalaşma həm yerli istehsal, həm də idxal olunan yağ məhsullarını əhatə edir.

Son 10 gün ərzində bəzi duru yağların qiyməti 30–50 qəpik, kərə yağlarının qiyməti isə 1 manat – 1 manat 20 qəpik artıb.

Regionlardakı ticarət obyektlərində də oxşar vəziyyət müşahidə olunur. Satıcıların bildirdiyinə görə, məhsulun çeşidindən və çəkisindən asılı olaraq qiymət fərqi 50 qəpiklə 3 manat arasında dəyişir. Xüsusilə 5 kiloqramlıq böyük qablaşdırmalarda qiymət artımı daha çox hiss edilir.

Azərbaycanda kərə yağı istehsalı azalıb

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar da kərə yağı istehsalında azalma olduğunu göstərir.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 18 min 45 ton kərə yağı istehsal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.

Bunun əksinə olaraq, duru bitki yağlarının istehsalı 31,8 faiz artaraq 38 min 76,1 tona çatıb.

Beləliklə, kərə yağı istehsalında azalma müşahidə edildiyi halda, bitki yağlarının istehsalında artım qeydə alınıb.

Təqdim olunan məlumatlara əsasən, eyni dövrdə kərə yağı idxalı da 21 faiz artıb.

Yağların qiyməti niyə artır?

İqtisadçı Kamran Hacıyev qiymət artımını bir neçə amillə əlaqələndirib. Onun qiymətləndirməsinə görə, beynəlxalq logistika xərclərinin yüksəlməsi və yerli kərə yağı istehsalının azalması qiymətlərə təsir göstərə bilər. İdxaldan asılılıq da xarici bazarlardakı qiymət dəyişikliklərinin Azərbaycan bazarına ötürülməsində rol oynayır.

Bununla belə, istehsalın azalması və ya logistika xərclərinin artması bütün məhsullarda müşahidə edilən bahalaşmanın yeganə səbəbi kimi qiymətləndirilməməlidir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.