Vinisius haqqında film “Emmy”yə namizəd oldu

Vinisius Juniorun həyat və karyerasından bəhs edən Netflix istehsalı “Baila, Vini” 2026-cı il Beynəlxalq Emmy mükafatında “Ən yaxşı idman sənədli filmi” kateqoriyasına namizəd göstərilib. Filmin IMDb reytinqi isə hazırda 4,1/10-dur.

15

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior haqqında çəkilmiş “Baila, Vini” sənədli filmi 2026-cı il Beynəlxalq Emmy Mükafatında “Ən yaxşı idman sənədli filmi” kateqoriyasına namizəd göstərilib. Maraqlıdır ki, nüfuzlu mükafata namizəd olan filmin IMDb-də hazırkı reytinqi cəmi 4,1/10-dur.

MSNews.az xəbər verir ki, namizədlərin siyahısını Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyası açıqlayıb. Braziliyanı təmsil edən “Baila, Vini” “Conspiração” və “Netflix” tərəfindən hazırlanıb.

Film bu kateqoriyada İspaniyanın “Temps Mort”, Cənubi Afrikanın “The Philipstown Wirecar Grand Prix” və Böyük Britaniyanın “Tom Daley: 1.6 Seconds” sənədli filmləri ilə mübarizə aparacaq. Qalib noyabrın 23-də Nyu-Yorkda keçiriləcək 54-cü Beynəlxalq Emmy mükafatlandırma mərasimində açıqlanacaq.

“Baila, Vini” 15 may 2025-ci ildə “Netflix”-də yayımlanıb. Film Vinisiusun Braziliyadakı ilk illərindən dünya futbolunun ən məşhur simalarından birinə çevrilməsinə qədər keçdiyi yolu, meydandakı uğurlarını, şəxsi həyatını və irqçiliklə mübarizəsini əks etdirir. “Netflix”-in məlumatına görə, sənədli filmdə futbolçunun xüsusilə 2024-cü ildə yaşadığı çətinliklər, zədələri, Çempionlar Liqasındakı uğuru və irqçiliyə qarşı mövqeyi ön plana çıxarılıb.

Filmin mükafat namizədliyi ilə tamaşaçı qiymətləndirməsi arasında isə nəzərəçarpacaq fərq var. “IMDb” məlumatına görə, “Baila, Vini” hazırda təxminən 30 min istifadəçi qiymətləndirməsi əsasında 4,1/10 reytinqə malikdir. IMDb qeyd edir ki, yekun göstərici sadə orta deyil, platformanın etibarlılığı qorumaq üçün tətbiq etdiyi çəkili qiymətləndirmə sistemi əsasında hesablanır.

Beynəlxalq Emmy ABŞ-dan kənarda istehsal olunan televiziya və striminq layihələrini qiymətləndirən ayrıca mükafatdır və ABŞ istehsallarına verilən əsas “Emmy” mükafatlarından fərqlənir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.