Lavrov İsveçrənin XİN rəhbəri ilə görüşdə zarafat etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrəli həmkarı İnyatsio Kassis ilə görüş zamanı birgə foto çəkdirdiklərinə görə onun işdən çıxarılmayacağına ümid etdiyini bildirib. Kassis zarafata gülərək cavab verib.

14

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrəli həmkarı İnyatsio Kassis ilə görüşü zamanı birgə foto çəkdirdiklərinə görə onun işdən çıxarılmayacağına ümid etdiyini zarafatla bildirib. Kassis isə rusiyalı nazirin sözlərinə gülərək cavab verib.

MSNews.az xəbər verir ki, hadisə sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüş zamanı baş verib.

“RBC”nin məlumatına görə, nazirlər görüşün əvvəlində əl sıxaraq foto çəkdiriblər. Bu zaman Lavrov İsveçrənin Avropa İttifaqının üzvü olmamasına işarə edərək zarafat edib.

“Ümid edirəm ki, mənimlə şəkil çəkdirdiyinizə görə sizi işdən çıxarmazlar. Hərçənd siz Avropa İttifaqına daxil deyilsiniz”, – deyə Lavrov bildirib.

Kassis isə gülərək “Mən də buna ümid edirəm” cavabını verib.

Görüş zamanı tərəflər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyəti, eləcə də dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək nazirlər toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edir. İnyatsio Kassis ölkənin xarici işlər naziri olmaqla yanaşı, təşkilatın fəaliyyətdə olan sədridir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti