İranla müharibədə ABŞ itkiləri ilə bağlı ziddiyyət: 18, yoxsa ən azı 22 nəfər?

“The Washington Post” İranla müharibə başlayandan bəri Yaxın Şərqdə ən azı 22 ABŞ hərbi qulluqçusunun öldüyünü yazıb. Pentaqonun açıq məlumat bazasında isə 18 ölüm qeydə alınıb. Müdafiə naziri Pit Heqseth nəşrin iddiasını rədd edib.

28

ABŞ-ın “The Washington Post” qəzeti İranla müharibə başlayandan bəri Yaxın Şərqdə azı 22 amerikalı hərbi qulluqçunun həyatını itirdiyini yazıb. Pentaqonun açıq məlumat bazasında isə eyni dövr üzrə 18 ölüm qeydə alınıb. ABŞ-ın müdafiə naziri Pit Heqseth nəşrin məlumatını rədd edib.

MSNews.az xəbər verir ki, “The Washington Post”  sentyabrın 18-də dərc etdiyi araşdırmada Pentaqonun daxili itki uçotu ilə tanış olan altı amerikalı rəsmiyə istinad edib. Onlardan beşi fevralın 28-dən bəri azı 22 hərbi qulluqçunun öldüyünü, altıncısı isə bu rəqəmin 23 olduğunu bildirib. Mənbələr adlarının açıqlanmaması şərti ilə danışıblar.

Nəşrin məlumatına görə, rəsmi siyahıda yer almayan ölümlərin hamısının birbaşa döyüş əməliyyatları ilə bağlı olduğu təsdiqlənməyib. Həmin şəxslərin kimliyi, ölüm tarixi və şəraiti barədə də tam məlumat açıqlanmayıb. Araşdırmada bölgədə çalışan üç amerikalı mülki müqaviləli əməkdaşın da öldüyü bildirilir; onlar hərbi qulluqçular üzrə göstərilən rəqəmə daxil deyil.

Pit Heqseth sosial şəbəkədə paylaşım edərək qəzetin xəbərini yalan adlandırıb. Bununla yanaşı, Pentaqon “The Washington Post”un açıq məlumat bazası ilə mənbələrin bildirdiyi rəqəmlər arasındakı fərqə dair suallarını cavablandırmayıb. Beləliklə, əlavə ölüm halları ilə bağlı məlumat hələlik açıq rəsmi sənədlərlə təsdiqlənməyib.

ABŞ Mərkəzi Komandanlığının Konqresə təqdim etdiyi hesablamaya əsasən, sentyabrın 3-dək İranla müharibənin hərbi xərcləri 43,6 milyard dollara çatıb. Bu məbləğin 28,1 milyard dolları silah və sursat xərcləri ilə bağlıdır; ABŞ bazalarına dəymiş ziyan isə hesablamaya daxil edilməyib. Pentaqonun həmin dövrə aid açıq məlumatlarında 18 hərbi qulluqçunun öldüyü və 830-dan çoxunun yaralandığı göstərilir.

İtki rəqəmlərinin açıqlanması məsələsi Konqresdə də gündəmə gəlib. Bir qrup demokrat qanunverici hərbi itkilərə dair dövlət məlumatlarının dəyişdirilməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi üzərində çalışdığını bildirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.