Putindən Qərbə xəbərdarlıq: “Mehriban yaşayaq, yoxsa cavab verməli olacağıq”

Vladimir Putin Qərbi Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb və mümkün qarşıdurmaya görə xəbərdarlıq edib. O, nüvə triadasının gücləndirilməsini əsas prioritet adlandırıb.

32

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini Moskva ilə münasibətləri bərpa etməyə çağırıb və Rusiyanın öz gəmilərinin ələ keçirilməsinə cavab verəcəyi barədə xəbərdarlıq edib. O, eyni zamanda nüvə triadasının gücləndirilməsinin ölkənin yeni dövlət silahlanma proqramında əsas prioritetlərdən biri olaraq qalacağını açıqlayıb.

MSNews.az xəbər verir ki, Putin bu barədə sentyabrın 18-də Hərbi-Sənaye Komissiyasının iclasında çıxışı zamanı danışıb. Rusiya lideri ölkəsinin Avropaya qarşı təcavüzkar niyyətinin olmadığını və Avropa dövlətləri ilə əməkdaşlığın bərpasına hazır olduğunu bildirib.

Bu barədə “Anadolu Agentliyi”  məlumat yayıb.

Putin NATO-nun genişlənməsini Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. O, Avropa liderlərini Rusiya ilə mümkün müharibə barədə açıqlamalar verməklə daxili siyasi problemlərdən diqqəti yayındırmağa çalışmaqda ittiham edib.

Rusiya Prezidenti Baltik dənizində keçirilən hərbi təlimlərə də toxunaraq Avropa ölkələrinin mülki gəmilərin ələ keçirilməsi üzrə hazırlıq keçdiyini iddia edib.

“Adamın onlara deməyi gəlir ki, gəlin, daha yaxşısı mehriban yaşayaq, əks halda biz də cavab verməli olacağıq”, – deyə Putin xəbərdarlıq edib. Bu barədə “Kommersant”  nəşri məlumat yayıb.

Putin Rusiyanın yenilənmiş dövlət silahlanma proqramında nüvə triadasının gücləndirilməsinə xüsusi önəm veriləcəyini bildirib. Onun sözlərinə görə, nüvə qüvvələri ölkənin suverenliyinin və qlobal strateji qüvvələr balansının təminatçısı olaraq qalır.

Yeni proqram çərçivəsində pilotsuz texnologiyaların inkişafı, hava və raket hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi, yüksək dəqiqlikli silahların istehsalı və hərbi sahədə süni intellektin tətbiqi də prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Rusiya lideri hava hücumundan müdafiə qüvvələrinin bütün növ aerokosmik hücum vasitələrinə qarşı effektiv mübarizə aparmaq imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

Putin Ukraynadakı hakimiyyəti də kəskin tənqid edərək Qərb ölkələrini Kiyevdəki korrupsiya problemlərinə göz yummaqda və ukraynalılardan Rusiya ilə qarşıdurmada istifadə etməkdə ittiham edib. Bu fikirlər Rusiya Prezidentinin siyasi mövqeyini əks etdirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.