Kreml Avropanın həyatını “cəhənnəmə çevirmək” istəyir

"Bloomberg"-in məlumatına görə, Rusiya Ukraynanı dəstəkləyən Avropa ölkələrinə qarşı hibrid hücumları intensivləşdirir. Moskvanın əsas hədəfləri müdafiə sənayesi və logistika müəssisələridir.

34

Rusiya Ukraynaya dəstək verən Avropa ölkələrinə qarşı hibrid hücumları intensivləşdirir. Kremldəki bəzi dairələrin məqsədi Avropanı Kiyevə göstərdiyi dəstəyə görə iqtisadi və təhlükəsizlik baxımından ciddi çətinliklərlə üz-üzə qoymaqdır.

MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg”  agentliyi Avropa rəsmilərinə, kəşfiyyat nümayəndələrinə və Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentliyin araşdırmasına görə, son iki ay ərzində Rusiya ilə əlaqələndirilən hibrid əməliyyatların əsas hədəfləri Ukraynaya hərbi yardımın çatdırılmasında iştirak edən müdafiə sənayesi və logistika müəssisələri olub. Avropa təhlükəsizlik rəsmiləri bu fəaliyyətin getdikcə daha təhlükəli xarakter aldığını və mülki şəxslər arasında itkilərə səbəb ola biləcəyini bildirirlər.

Kremlə yaxın mənbə agentliyə bildirib ki, Moskva asimmetrik hibrid əməliyyatlar vasitəsilə Ukraynaya göstərilən dəstəyin Avropa ölkələri üçün ciddi nəticələr doğurmasına çalışır.

“Rusiya Ukraynaya verdiyi dəstəyə görə Avropanın həyatını cəhənnəmə çevirəcək”, – deyə mənbə bildirib.

Məlumata görə, Ukraynanın Rusiyanın enerji, hərbi və logistika obyektlərinə zərbələri artdıqca Moskvada Avropa ölkələrinə qarşı cavab tədbirlərinin gücləndirilməsini istəyənlərin mövqeyi də möhkəmlənir.

Avropa rəsmiləri Rusiya ilə əlaqələndirdikləri əməliyyatların diversiya, yanğınlar törədilməsi, kiberhücumlar və kritik infrastruktura müdaxilə kimi müxtəlif formalarda həyata keçirildiyini bildirirlər. Moskva isə bu cür ittihamları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Almaniyanın Rusiyanın hibrid hücumları ilə bağlı ittihamlarını əsassız adlandırıb.

Agentlik qeyd edir ki, hibrid hücumların artmasına baxmayaraq, Avropa ölkələrinin Ukraynaya dəstəyində ciddi azalma müşahidə olunmur. Əksinə, baş verən insidentlər müdafiə xərclərinin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində yeni qərarların qəbuluna təkan verir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.