Ronald Kumanın həyat yoldaşı 65 yaşında vəfat edib

Niderland futbolunun əfsanəsi Ronald Kumanın həyat yoldaşı Bartina Kuman 65 yaşında döş xərçəngindən vəfat edib. Cütlük 1985-ci ildən evli idi.

125

Niderland millisinin sabiq baş məşqçisi və “Barselona”nın əfsanəvi futbolçularından Ronald Kumanın həyat yoldaşı Bartina Kuman 65 yaşında vəfat edib. O, uzun müddət döş xərçəngi ilə mübarizə aparırdı.

MSNews.az xəbər verir ki, Ronald Kuman həyat yoldaşının ölümünü sosial şəbəkə hesabında açıqlayıb. Niderlandın “NOS” telekanalının məlumatına görə, Bartina sentyabrın 15-də dünyasını dəyişib.

“Dərin kədər, eyni zamanda böyük qürur və sevgi ilə gözəl həyat yoldaşım, ən sevimli anamız və nənəmizlə vidalaşırıq”, – Kuman yazıb.

Bartinaya ilk dəfə 2010-cu ildə döş xərçəngi diaqnozu qoyulub. Müalicədən sonra vəziyyəti yaxşılaşsa da, xəstəlik 2018-ci ildə yenidən qayıdıb. 2023-cü ildə isə xərçəngin xroniki formaya keçdiyi açıqlanmışdı.

Ronald və Bartina Kuman 1985-ci ildə ailə qurublar və üç övladları var – Tim, Debbi və Ronald Kuman junior. Kiçik Ronald atasının yolunu davam etdirərək peşəkar futbolçu olub və hazırda Niderlandın “Telstar” klubunda qapıçı kimi çıxış edir.

Kuman 2026-cı ilin yayında Niderland millisinin baş məşqçisi vəzifəsindən ayrılarkən son illərin ona futboldan daha vacib şeylərin olduğunu göstərdiyini bildirmişdi. O, qərarından sonra daha çox vaxtını həyat yoldaşı ilə keçirmişdi.

Bartina Kumanın vəfatından sonra Niderland Futbol Federasiyası və “Barselona” klubu Kuman ailəsinə başsağlığı verib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.