Kadırov çeçen kişiləri saqqallarını qısaltmağa, qadınları pərəncədən imtinaya çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov uzun saqqal və qısaldılmış şalvarların “modaya” çevrildiyini deyərək kişiləri saqqallarını qısaltmağa çağırıb. O, qadınların isə İslam normalarına uyğun, lakin “ərəb geyim tərzini” təqlid etmədən geyinməli olduğunu bildirib.

60

Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada bəzi kişilərin həddindən artıq uzun saqqal saxlamasını və bəzi qadınların tam örtülü geyim tərzinə keçməsini tənqid edib. O, kişiləri saqqallarını qısaltmağa, qadınları isə “ərəb geyim tərzini” təqlid etməməyə çağırıb.

MSNews.az xəbər verir ki, Kadırov bu barədə sentyabrın 9-da regionun güc strukturlarının rəhbərləri ilə keçirilən müşavirədə danışıb. Çeçenistan dövlət televiziyası “QTRK Vaynax” onun çıxışını yayımlayıb.

Kadırovun sözlərinə görə, respublikada bəzi kişilər çox uzun saqqal saxlasalar da, cümə namazlarında və məscidlərdə iştirak etmirlər.

“Uzun saqqalları və qısaldılmış şalvarları anlaşılmaz bir modaya çeviriblər və gənc nəsil onları təqlid etməyə başlayır. Onlara müraciət edirəm: saqqallarınızı qısaldın və dinə uyğun saxlayın”, — deyə Kadırov bildirib.

Açıqlamanı “RBC”“Kommersant” da yayıb.

Çeçenistan rəhbəri əlavə edib ki, bəzi kişilər “gecə-gündüz prospektlərdə gəzir və avaralanırlar”. Onun fikrincə, dini görünüş elementlərinin sadəcə dəb vasitəsinə çevrilməsi gənclərə yanlış nümunə yaradır.

Kadırov qadınların geyimindən də danışıb. Onun sözlərinə görə, bəzi çeçen qadınları son vaxtlar “tamamilə örtüklərə bürünərək” region üçün ənənəvi olmadığını düşündüyü üslubu mənimsəyirlər.

“Onları da İslama uyğun geyinməyə, lakin ərəb geyim tərzini mənimsəməməyə çağırmaq lazımdır. Bizdə heç vaxt pərəncə geyinilməyib”, — deyə o bildirib. 

Kadırovun çağırışı qadınların ümumiyyətlə dini örtükdən imtina etməsinə deyil, Çeçenistanda ənənəvi olmadığını düşündüyü tam örtülü geyim formalarına qarşıdır. O, əvvəllər də hicabın tərəfdarı olduğunu və üzü tam örtən geyimlə hicabı fərqləndirdiyini bildirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.