Nyu-York səmasında 2977 dron Əkiz Qüllələri yenidən yaratdı

11 sentyabr terror aktlarının 25-ci ildönümü ərəfəsində Nyu-York limanı üzərində 2977 dronla Əkiz Qüllələrin görüntüsü yaradılıb. Hər işıq hücumlarda həlak olan bir insanın xatirəsini simvolizə edib.

73

Nyu-Yorkda 11 sentyabr 2001-ci il terror aktlarının 25-ci ildönümü ərəfəsində 2 977 pilotsuz uçuş aparatı səmada Əkiz Qüllələrin nəhəng görüntüsünü yaradıb. Hər bir dron həmin gün həyatını itirən bir insanı simvolizə edib.

MSNews.az xəbər verir ki, “2,977 Lights Over New York Harbor” adlı memorial instalyasiya sentyabrın 9-da Nyu-York limanı üzərində təşkil olunub. Şounu hazırlayan “Sky Elements” bildirir ki, 2977 işıq Əkiz Qüllələri onların real hündürlük və proporsiyalarına uyğun — 1:1 miqyasda yenidən canlandırıb.

Layihə 11 sentyabr qurbanlarının ailələri, hücumdan sağ çıxanlar və ilk yardım əməkdaşlarının iştirakı ilə hazırlanıb. Təşkilatçıların sözlərinə görə, məqsəd yalnız faciəni xatırlamaq dey(Sky Elements Drones)

11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” ilə əlaqəli 19 terrorçu dörd sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Şimal və Cənub qüllələrinə, üçüncüsü Pentaqona çırpılıb. Dördüncü təyyarə — “United Airlines Flight 93” — sərnişinlərin müqavimətindən sonra Pensilvaniyada qəzaya uğrayıb.

Hücumlarda ümumilikdə 2977 nəfər həyatını itirib. Onlardan 2606 nəfər Dünya Ticarət Mərkəzində və ətrafında, 246 nəfər dörd təyyarənin göyərtəsində, 125 nəfər isə Pentaqonda olub. Bu rəqəmə 19 terrorçu daxil edilmir.

Hadisələr ABŞ-ın xarici və təhlükəsizlik siyasətini kökündən dəyişib. “Reuters” qeyd edir ki, hücumlar “terrorla qlobal müharibə”nin başlanmasına, ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinin yaradılmasına və Əfqanıstan da daxil olmaqla uzunmüddətli hərbi əməliyyatlara gətirib çıxarıb.

Bu il ABŞ hücumların 25-ci ildönümünü qeyd edir. Nyu-Yorkdakı əsas mərasimdə 2 977 qurbanın adları yenidən səsləndirilir və hücumların əsas anlarına uyğun sükut dəqiqələri keçirilir.

 

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.