İran 2026-cı il Dünya Çempionatından imtina etdi

İran milli futbol komandası ABŞ-da keçiriləcək 2026-cı il FIFA Dünya Çempionatında iştirakdan imtina edib. Qərar ölkədəki son siyasi-hərbi hadisələrdən sonra verilib.

280

İran rəsmi şəkildə 2026-cı il Dünya Çempionatında iştirakdan imtina edib və turnirin ABŞ-da keçiriləcək oyunlarına yollanmayacağını açıqlayıb. Qərar ölkədə yaranmış kəskin siyasi-hərbi gərginlik fonunda qəbul edilib.

Məlumata görə, İran milli futbol komandası qrup mərhələsində keçirilməsi planlaşdırılan bütün oyunlarını ABŞ ərazisində oynamalı idi. Lakin İranın ali liderinin endirilən raket zərbəsi nəticəsində həlak olmasından sonra Tehran turnirdən geri çəkilmək qərarı verib.

G” qrupunda yer alan İran yığması Yeni ZelandiyaBelçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə qarşılaşmalı idi. Bu görüşlərin hamısı ləğv olunub.

Turnir 2026-cı il FIFA Dünya Çempionatı çərçivəsində keçiriləcəkdi. Hadisə futbol ictimaiyyətində və beynəlxalq idman qurumlarında ciddi rezonans doğurub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.