Trampın yeni görünüşü gündəm oldu: Saçları qəfil tündləşdi

ABŞ Prezidenti Donald Tramp Nyu-Cersiyə səfəri zamanı gözlənilmədən daha tünd saç rəngi ilə görüntülənib. Sosial şəbəkələrdə onun saçlarını şabalıdı rəngə boyaması müzakirə olunur, Ağ Ev isə dəyişikliklə bağlı açıqlama verməyib.

64

ABŞ Prezidenti Donald Tramp uzun illərdir tanındığı sarışın görünüşündən fərqli olaraq, nəzərəçarpacaq dərəcədə tünd saçlarla ictimaiyyət qarşısına çıxıb.

MSNews.az xəbər verir ki, sentyabrın 4-də Nyu-Cersinin Morristaun şəhərində “Air Force One” təyyarəsindən enərkən çəkilən fotolarda Trampın saçları sarı-qızılı deyil, şabalıdı-qəhvəyi çalarda görünür.

“Reuters”in çəkdiyi foto Trampın sentyabrın 4-də Morristaun hava limanına gəlişi zamanı lentə alınıb. ABŞ prezidenti həftəsonunu Bedminsterdəki qolf klubunda keçirmək üçün Nyu-Cersiyə gedirdi.

Yeni görünüş sosial şəbəkələrdə sürətlə müzakirə mövzusuna çevrilib. “Fox News” yazır ki, istifadəçilər Trampın “brünetə çevrildiyini” zarafatla qeyd edib və saç rəngindəki qəfil dəyişikliklə bağlı müxtəlif ehtimallar irəli sürüblər.

“The Independent” də görüntülərdə prezidentin saçlarının əvvəlki sarışın çalardan nəzərəçarpacaq dərəcədə tünd göründüyünü qeyd edir.

Bununla belə, Trampın saçlarını həqiqətən boyatdırdığı rəsmi şəkildə təsdiqlənməyib. İşıqlandırma, saçın nəmliyi, istifadə edilən saç məhsulları və ya real rəng dəyişikliyi kimi müxtəlif ehtimallar səsləndirilir. “Fox News” Ağ Evin məsələ ilə bağlı sorğuya dərhal cavab vermədiyini bildirib.

Maraqlıdır ki, bu görüntülər Trampın saçları barədə başqa bir müzakirədən cəmi iki gün sonra ortaya çıxıb. Prezident sentyabrın 2-də çıxışı zamanı uzun illərdir onun parik istifadə etməsi barədə deyilənləri yenidən rədd edərək “Mən parik taxmıram” deyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.