İran “Hizbullah”a müharibəyə hazırlaşmaq tapşırığı verib?

İsrailin 12-ci telekanalının məlumatına görə, İran Livandakı “Hizbullah” hərəkatına mümkün regional müharibəyə hazırlaşmağı və hərbi hazırlıq səviyyəsini artırmağı tapşırıb.

15

İran Livandakı “Hizbullah” hərəkatına yaxın zamanda yeni regional hərbi qarşıdurmanın başlaya biləcəyi barədə xəbərdarlıq edərək döyüş hazırlığı səviyyəsini artırmağı tapşırıb.

MSNews.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” (N12) telekanalı Livanın təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb. Xəbərin ilkin mənbələrindən biri Birləşmiş Ərəb Əmirliklərinin “Erem News” portalıdır.

Məlumata görə, Tehran ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini ehtimal edir. Bu səbəbdən “Hizbullah” rəhbərliyinə mümkün genişmiqyaslı qarşıdurmaya hazırlıq görülməsi barədə göstəriş verildiyi bildirilir.

“The Jerusalem Post” nəşrinin iki diplomatik mənbəyə istinadən yaydığı məlumatda da İranın “Hizbullah”a ABŞ hücumlarının yenidən başlaya biləcəyi barədə xəbərdarlıq etdiyi qeyd olunur.

İsrail mediasının məlumatına əsasən, “Hizbullah” mümkün hərbi əməliyyatlar zamanı bölmələrin müstəqil fəaliyyət göstərməsinə imkan verən yeni idarəetmə modelinə keçməyə çalışır. Məqsəd rəhbərlik və komanda mərkəzlərinə zərbələr endirildiyi halda belə hərbi fəaliyyətin davam etdirilməsidir.

İtaliyanın “ANSA” agentliyi də bu məlumatları yayıb. Agentlik qeyd edib ki, son illərdə İsraillə qarşıdurmalarda ciddi itkilər verən “Hizbullah”ın əvvəlki hərbi imkanlarını tam bərpa etdiyini göstərən əlamətlər yoxdur.

Məlumatlar ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Vaşinqtonun mümkün yeni hərbi əməliyyatları regionda daha geniş qarşıdurma riskini gündəmə gətirib.

Qeyd edək ki, İranın “Hizbullah”a yeni müharibəyə hazırlıq barədə göstəriş verməsi haqqında məlumatlar hələlik anonim mənbələrə əsaslanır. Tehran və “Hizbullah” rəhbərliyi bu iddiaları rəsmi şəkildə təsdiqləməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.