ABŞ Ermənistanı “Nvidia” çipləri ilə sülhə təşviq edib

“The Wall Street Journal” yazır ki, ABŞ Ermənistanın Azərbaycanla ilkin sülh razılaşmasına qoşulmasını təşviq etmək üçün “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinə çıxışı danışıqlarda iqtisadi stimul kimi istifadə edib.

70

ABŞ-nin Ermənistanın Azərbaycanla ilkin sülh razılaşmasına qoşulmasını təşviq etmək üçün İrəvana “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinə çıxış imkanının genişləndirilməsini təklif etdiyi bildirilir.

MSNews.az xəbər verir ki, “The Wall Street Journal” danışıqlarda iştirak etmiş şəxslərə istinadən bu yanaşmanı Vaşinqtonun “çip diplomatiyası”nın nümunələrindən biri kimi təqdim edib.

Nəşrin məlumatına görə, Ermənistan üçün əsas stimullardan biri Hrazdanda yaradılan “Firebird” süni intellekt məlumat mərkəzi üçün daha güclü “Nvidia” çiplərinin alınmasına ABŞ ixrac icazələrinin genişləndirilməsi olub. Amerikalı danışıqlar aparan şəxslər hesab ediblər ki, İrəvana ABŞ-la daha sıx iqtisadi və texnoloji əlaqələr təklif olunması sülh prosesinin irəliləməsinə kömək edə bilər.

ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvien də nəşrə açıqlamasında texnologiya təşviqlərinin danışıqlardakı əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, “Nvidia bu tapmacanın çox mühüm bir hissəsi idi”. Kvien bildirib ki, ABŞ Ermənistan və Azərbaycanla ayrıca iqtisadi əməkdaşlıq razılaşmalarından sülh danışıqlarını təşviq edən vasitələr kimi istifadə edib.

Ermənistan baş nazirinin nümayəndəsi isə “The Wall Street Journal”-a bildirib ki, Azərbaycanla sülh Nikol Paşinyan hökumətinin əsas siyasi vədlərindən biri olub. Onun sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış ikitərəfli razılaşmalar, o cümlədən yarımkeçiricilər və süni intellekt üzrə memorandum Ermənistan üçün “sülh dividendləri” hesab edilə bilər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə nəşrə bildirib ki, Bakı razılaşmaya gəlmək üçün iqtisadi təşviqə ehtiyac duymayıb. O, Azərbaycanın müharibədən sonra sülh əldə etmək istədiyini vurğulayıb.

2025-ci il avqustun 8-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Donald Trampın iştirakı ilə Vaşinqtonda birgə bəyannamə imzalayıblar. Ağ Ev həmin gün ABŞ-nin hər iki ölkə ilə ticarət, tranzit, enerji, infrastruktur və texnologiyanı əhatə edən ayrıca iqtisadi razılaşmalar imzaladığını açıqlamışdı.

“Firebird” layihəsi sonradan sürətlə genişləndirilib. Şirkətin “rəsmi məlumatına” görə, Hrazdandakı süni intellekt mərkəzi 2026-cı ilin avqustunda fəaliyyətə başlayıb və layihənin növbəti mərhələlərində 70 mindən çox “Nvidia” “Blackwell” və “Vera Rubin” GPU-sunun yerləşdirilməsi planlaşdırılır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti