Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik haqqında müqavilə imzalanıb

Prezident İlham Əliyev və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə və müxtəlif sahələri əhatə edən 15 sənəd imzalanıb.

10

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş mühüm sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, mərasim zamanı dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. Bu sənəd Azərbaycan–Qırğızıstan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyir. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika, kibertəhlükəsizlik, statistika, maliyyə bazarlarının tənzimlənməsi, bələdiyyələrarası əməkdaşlıq və mədən sənayesi sahələrini əhatə edən geniş sənəd paketi də mübadilə olunub.

İmzalanan sənədlər arasında Azərbaycan–Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər, beynəlxalq avtomobil əlaqələri haqqında saziş, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq memorandumu, neft məhsullarının tədarükü üzrə anlaşma memorandumu2026–2028-ci illər üçün energetika sahəsində Yol Xəritəsi yer alıb.

Tərəflər, həmçinin 2024–2029-cu illər üzrə əməkdaşlıq proqramının icrasına dair Yol Xəritəsini, statistika, kibertəhlükəsizlikmaliyyə bazarlarının tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarını da mübadilə ediblər.

Regional əməkdaşlığın inkişafı məqsədilə Azərbaycanın Şuşa, QəbələGəncə şəhərləri ilə Qırğızıstanın müvafiq olaraq Çolpon-Ata, Karakol şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Bundan əlavə, Azərbaycanın “AzerGold” QSC ilə Qırğızıstanın “Kyrgyzaltyn” ASC arasında mədən sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum da sənədlər paketinə daxil edilib.

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi, nəqliyyat, enerji, rəqəmsal inkişaf, təhlükəsizlik, regional və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsinə xidmət edəcək.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.