Rusiya Kamışlıdakı hərbi bazasından şəxsi heyət və texnikanı çıxarır

Rusiya Suriyanın Kamışlı bölgəsindəki hərbi bazasından əsgər və hərbi texnikanı çıxararaq Lazkiyədə yerləşən Hmeymim Hava Bazasına daşıyır.

228

Rusiya Suriyanın şimal-şərqində yerləşən, Haseke vilayətinə bağlı Kamışlı rayonundakı hərbi bazasından şəxsi heyətini və hərbi texnikasını daşıyır.

Bölgədəki “Anadolu Agentliyi”nin müxbirinin suriyalı hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya Kamışlıda yerləşən bazadan hərbi yük təyyarələri vasitəsilə əsgərləri və müxtəlif növ hərbi avadanlıqları ərazidən çıxarıb. Mənbələr Rusiyaya məxsus texnika və şəxsi heyətin Suriyanın sahil bölgəsində, Lazkiyə vilayətində yerləşən Hmeymim Hava Bazasına köçürüldüyünü bildirib.

Suriyalı hərbi mənbələr daşınmanın səbəbləri və həcmi ilə bağlı əlavə təfərrüat verməyib. Kamışlıdakı bu hərəkətlilik regionda təhlükəsizlik balansı və Rusiyanın Suriyadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.