İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Görüşdə Bakıda keçirilən U-17 dünya çempionatı və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

97

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

MSNews.az xəbər verir ki, görüş zamanı tərəflərin əvvəlki görüşü məmnunluqla xatırlanıb.

Nenad Laloviç Azərbaycan Prezidenti ilə görüşməkdən şərəf duyduğunu bildirib. O, 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Dünya Güləş Birliyinin prezidenti yarışın təşkilinə və rəhbərlik etdiyi qurumun fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Nenad Laloviç Azərbaycanda güləşin inkişafını yüksək qiymətləndirib, ölkədə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini və Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini qeyd edib.

Prezident İlham Əliyev isə Bakıda keçirilən U-17 dünya çempionatının gənc idmançıların gələcək uğurları baxımından əhəmiyyətinə toxunub. Dövlət başçısı bundan sonra da Azərbaycanda bu cür beynəlxalq idman tədbirlərinin təşkilinin vacibliyini vurğulayıb.

Prezident Azərbaycan güləşçilərinin indiyədək mühüm qələbələr qazandıqlarını da qeyd edib.

Görüşdə güləşin Azərbaycanda zəngin ənənələrə malik olduğu, bu idman növünün inkişafı üçün dövlət səviyyəsində görülən işlər və Azərbaycanla Dünya Güləş Birliyi arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.