Prezident U-15 dünya çempionatı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında ilk futbol üzrə dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

136

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

MSNews.az xəbər verir ki, sənəd iyulun 27-də Prezidentin rəsmi internet səhifəsində dərc olunub. Yarış 22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda təşkil ediləcək. 

Sərəncamda qeyd olunur ki, FİFA Şurası Bürosu turnirin Azərbaycanda keçirilməsi barədə qərarı iyunun 25-də qəbul edib. Bu, 15 yaşınadək oğlanlardan ibarət milli komandalar arasında təşkil olunacaq ilk dünya çempionatı və festivalıdır. 

Sənədə əsasən, yarışla əlaqədar tədbirlərin koordinasiyası və zəruri məsələlərin həlli 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında dünya çempionatı üçün yaradılmış Təşkilat Komitəsinə həvalə olunub. 

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sənəd imzalandığı gündən qüvvəyə minib. 

AFFA-nın məlumatına görə, turnirdə FİFA-ya üzv milli assosiasiyaların 15 yaşınadək futbolçulardan ibarət komandaları iştirak edə biləcəklər. Yarışın idman tarixində ilk dəfə keçirilməsi Azərbaycanın beynəlxalq futbol tədbirlərinə ev sahibliyi sahəsində təcrübəsinin genişlənməsi baxımından əhəmiyyətli hesab olunur. 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.