Klopp Almaniya millisində ilk şərtini açıqladı: “Ailəmə toxunsanız, gedərəm”

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp ilk mətbuat konfransında ailəsinə qarşı hücumlara dözməyəcəyini və belə hal baş verərsə, təzminat tələb etmədən istefa verəcəyini bildirib.

15

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp ilk mətbuat konfransında azarkeşlərə və mediaya sərt xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, Almaniya Futbol İttifaqı 59 yaşlı mütəxəssislə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulan dördillik müqavilə imzalayıb. Klopp DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlubiyyətdən sonra vəzifəsindən ayrılan Julian Naqelsmannı əvəz edib.

Klopp təqdimat mərasimində bu vəzifəni şəxsi maraqları üçün deyil, Almaniya futboluna xidmət etmək məqsədilə qəbul etdiyini bildirib. O, əvvəlki baş məşqçilər Julian Naqelsmann və Tomas Tuxelə qarşı yönəlmiş münasibəti gördüyünü xatırladaraq ailəsinin şəxsi həyatına hörmət edilməsini tələb edib.

Yeni baş məşqçi ailəsinə qarşı hücumlar başlayacağı təqdirdə dərhal vəzifədən gedəcəyini deyib:

“Ailəmi rahat buraxmasanız, gedəcəyəm. Artıq məni istəmədiyiniz gün təzminat tələb etmədən ayrılacağam”.

Klopp həmçinin işinin birbaşa və açıq şəkildə tənqid edilməsindən çəkinmədiyini, lakin ailə üzvlərinin müzakirələrə cəlb edilməsini qəbul etməyəcəyini vurğulayıb. Almaniya mətbuatı onun bu açıqlamasını Naqelsmannın ailəsi və şəxsi həyatı ilə bağlı əvvəlki müzakirələrə işarə kimi qiymətləndirib.

“Reuters” yazır ki, Klopp yeni vəzifəsini karyerasının ən yüksək nöqtəsi adlandırıb və komandanın yenidən azarkeşlərlə güclü bağ qurmasını əsas hədəflərdən biri kimi göstərib.

Kloppun məşqçilər heyətinə Peter Kravits, Pep Linders və Almaniya millisinin sabiq futbolçusu Sven Bender daxil ediliblər. Onun müqaviləsi avqustun 15-dən qüvvəyə minəcək.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031