İsrailli nazir Ərdoğanı sərt ifadələrlə hədəfə aldı

9

İsrailin diaspor məsələləri və antisemitizmlə mübarizə naziri Amihay Çikli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt ifadələrlə tənqid edərək iki ölkə arasında mümkün birbaşa hərbi qarşıdurmaya hazırlıq görülməli olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Çikli bu fikirləri Qüds Tətbiqi Siyasət Mərkəzinin yeni araşdırmasının təqdim olunduğu qapalı tədbirdə səsləndirib. “Roya News” onun Ərdoğanı Adolf Hitler və HƏMAS-ın öldürülmüş lideri Yəhya Sinvarın “birləşməsi” adlandırdığını yazıb.

İsrailli nazir Türkiyənin Qüdsdəki Baş Konsulluğunun bağlanmasını və ölkənin İsraildəki diplomatik mövcudluğunun məhdudlaşdırılmasını tələb edib. O, Türkiyə ilə mümkün birbaşa, xüsusilə dənizdə baş verə biləcək qarşıdurmaya hazırlıq görülməli olduğunu da söyləyib.

Çikli çıxışında İsrailin bir neçə il əvvəl Ərdoğanın həyatını xilas etdiyini də iddia edib. İddia ilk olaraq Təl-Əvivdəki “İçilov” xəstəxanasının keçmiş sözçüsü Avi Şuşan tərəfindən İsrailin “Channel 14” kanalında səsləndirilib. Şuşan adını açıqlamadığı israilli həkimin “Mossad”ın xahişi və Benyamin Netanyahunun razılığı ilə Türkiyəyə göndərildiyini bildirib.

Ərdoğan 2011-ci ilin sonunda və 2012-ci ilin əvvəlində iki bağırsaq əməliyyatı keçirib. Onun həkimləri həmin vaxt xərçəng deyil, xoşxassəli poliplərin götürüldüyünü açıqlayıblar, Ərdoğan özü də xərçəngə tutulması barədə xəbərləri təkzib edib.

İsrail ilə Türkiyə arasında münasibətlər Qəzza müharibəsi, Suriyadakı proseslər və Ankara ilə HƏMAS arasındakı əlaqələrə görə son illərdə kəskin pisləşib. Çikli daha əvvəl də Ərdoğanı “Hitler və Sinvarın qarışığı” adlandırmışdı. Bununla belə, keçmiş ABŞ diplomatı Ceyms Cefri Türkiyənin İsraili rəsmi olaraq düşmən dövlət kimi görmədiyini, israilli və amerikalı təhlükəsizlik ekspertləri isə real genişmiqyaslı müharibə ehtimalının aşağı olduğunu bildiriblər.

Ankara Çiklinin son açıqlamalarına hələlik rəsmi cavab verməyib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.