İlham Əliyev Berlində rəsmi qarşılanıb

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan liderini Almaniyanın Federal Kansleri Fridrix Merts qarşılayıb.

18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyanın paytaxtı Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, məlumat Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayımlanıb.

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Azərbaycan Prezidentini qarşılayıb. Daha sonra Almaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Federal Kanslerə təqdim olunublar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə və Fridrix Mertsə raport verib. Mərasim zamanı Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qarşılanma mərasimi Prezident İlham Əliyevin iyulun 20-də başladığı Almaniyaya rəsmi səfəri çərçivəsində baş tutub. Mərasimdən sonra Azərbaycan Prezidenti ilə Almaniyanın Federal Kansleri arasında təkbətək görüş keçirilib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti