Rusiyanın Kiyevə hücumu Azərbaycan səfirliyinə ziyan vurub

Rusiyanın iyulun 19-na keçən gecə Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Diplomatik nümayəndəliyin əməkdaşları xəsarət almayıblar.

142

Rusiyanın iyulun 19-na keçən gecə Kiyevə həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.

MSNews.az xəbər verir ki, “AZƏRTAC” diplomatik nümayəndəliyin binasından təxminən 200–250 metr məsafədə, “Lukyanivska” metro stansiyasının qarşısına raket düşdüyünü bildirib. Partlayış dalğası səfirliyin pəncərələrinin sınmasına, tavanında isə çatların yaranmasına səbəb olub.

Hadisə zamanı səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Hücumdan sonra binaya dəymiş ziyanın dəqiq miqyasının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Raketin düşdüyü “Lukyanivska” metro stansiyasının ətrafı hücumun əsas zərbə nöqtələrindən biri olub. Ərazidə yaşayış binaları və avtomobillərə də ziyan dəyib.

Qeyd olunur ki, tammiqyaslı müharibənin başlanmasından sonra Azərbaycanın Kiyevdəki səfirliyinin inzibati binası bir neçə dəfə yaxınlıqdakı raket və PUA zərbələrinin təsirinə məruz qalaraq zədələnib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.