İlham Əliyev Fələstinin Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Görüşdə Fələstindəki vəziyyət, humanitar yardım və ikitərəfli əməkdaşlıq müzakirə olunub.

14

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb. Dövlət başçısı Məhəmməd Mustafanın Azərbaycana səfərinin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb. Məhəmməd Mustafa isə Fələstin Prezidenti Mahmud Abbasın salamlarını dövlət başçısına çatdırıb.

Fələstinin Baş naziri ölkəsindəki mövcud vəziyyət barədə məlumat verərək Azərbaycanın siyasi və humanitar dəstəyinə görə təşəkkürünü bildirib. “WAFA” agentliyinin məlumatına görə, görüşdə Qəzza zolağındakı humanitar böhran, Qərb sahili və Qüdsdəki vəziyyət, eləcə də Fələstin iqtisadiyyatının üzləşdiyi çətinliklər müzakirə olunub.

Görüşdə Ramallahda Azərbaycanın Təmsilçilik Ofisinin açılması və Fələstinin Bakıdakı səfirliyinin xərclərinin Azərbaycan tərəfindən qarşılanması ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilib.

Azərbaycanın 2013-cü ildə Fələstinə 5 milyon dollar maliyyə yardımı göstərdiyi, həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi — UNRWA vasitəsilə humanitar dəstəyini davam etdirdiyi xatırladılıb. Hazırda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil aldığı bildirilib.

Tərəflər Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.