Kamposun rəngli formaları yenidən gündəmdə

Meksikalı əfsanəvi qapıçı Xorxe Kampos Dünya Kuboklarında təkcə oyunu ilə deyil, özü hazırladığı rəngli formalarla da yadda qalıb.

16

Dünya Kuboku tarixində qapıçı formaları yenidən futbolsevərlərin diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, Rusiya idman platforması “Sports.ru” “Winline” ilə birlikdə mundiallar tarixində ən parlaq qapıçı obrazlarını təqdim edib. Siyahıda xüsusilə Meksika millisinin sabiq qapıçısı Xorxe Kamposun 1994-cü il Dünya Kubokundakı rəngli formaları ön plana çıxarılıb.

Kampos futbol tarixində yalnız çevik və qeyri-adi oyun tərzi ilə deyil, həm də meydandakı görünüşü ilə seçilən qapıçılardan sayılır. “ESPN” yazır ki, o, Meksika millisində və klub karyerasında geyindiyi xüsusi hazırlanmış formalarla dünya miqyasında tanınıb.

Sports.ru”nun materialında qeyd olunur ki, Kampos formalarının dizaynını özü hazırlayır və turnir ərzində fərqli rəngli geyimlərdən istifadə edirdi. Parlaq rənglər və qeyri-adi naxışlar səbəbindən o, azarkeşlər arasında ən yaddaqalan qapıçılardan birinə çevrilmişdi.

Kamposun bu üslubu təsadüfi deyildi. “FourFourTwo”a danışan sabiq qapıçı parlaq formaları Akapulkoda böyüməsi, sörf mədəniyyəti və özünü ifadə etmək istəyi ilə əlaqələndirib. O, bu geyimlərin rəqibləri çaşdırmaq üçün deyil, şəxsi üslubunu göstərmək üçün seçildiyini bildirib.

FIFA Museum” də Kamposun 1994-cü il Dünya Kubokundakı formasını futbol tarixinin ikonik nümunələrindən biri kimi təqdim edir.

Siyahıda Kamposla yanaşı, Rene İgita, Yoşikatsu Kavaquçi və digər qapıçıların mundiallarda yadda qalan geyimləri də yer alıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930