Şotlandiya Haitini məğlub etdi

Şotlandiya millisi FIFA Dünya Kubokunun "C" qrupunda Haitini 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu Con Makqinn vurub.

13

Şotlandiya millisi FIFA Dünya Kubokuna qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “C” qrupunun ilk turunda Şotlandiya Haiti üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşma ABŞ-ın Boston şəhəri yaxınlığındakı “Gillette Stadium”-da keçirilib.

Oyunun taleyini ilk hissədə vurulan qol həll edib. Şotlandiyanın qələbə qoluna Con Makqinn imza atıb.

Makqinn 28-ci dəqiqədə rəqib müdafiəçiyə dəyərək istiqamətini dəyişən zərbə ilə Haiti qapıçısı Johni Plasidi məyus edib.

Bu qələbə Şotlandiya üçün tarixi əhəmiyyət daşıyır. Komanda Dünya Kubokunda sonuncu dəfə 1990-cı ildə qalib gəlmişdi. Haiti isə turnirdəki ikinci iştirakında ilk xalını qazanmaq üçün mübarizəni növbəti oyunlarda davam etdirəcək.

Şotlandiya qələbədən sonra “C” qrupunda liderliyə yüksəlib. Qrupun digər oyununda Braziliya Mərakeşlə 1:1 hesablı heç-heçə edib.