İsrail İrana yeni zərbələrlə bağlı xəbərdarlıq etdi

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və müdafiə naziri İsrael Katz İrana qarşı kampaniyanın başa çatmadığını bildirərək Tehrana yeni sərt zərbələr barədə xəbərdarlıq ediblər.

20

İsrail hərbi rəhbərliyi İrana qarşı əməliyyatların davam edə biləcəyi barədə yeni xəbərdarlıqlar səsləndirib.

MSNews.az xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, Tehranın “qaydalar müəyyən etmək və reallığı dəyişmək” cəhdi uğursuz olacaq. O qeyd edib ki, İsrailin İrana endirdiyi son zərbələr “daha əhəmiyyətli və daha sərt zərbə” üçün hazırlıq xarakteri daşıyıb.

Zamir İsrail ordusunun həm müdafiə, həm də hücum sistemlərinin hazır vəziyyətdə olduğunu vurğulayıb. “i24NEWS” yazır ki, İsrail hərbi komandanlığı lazım gələrsə, İrana qarşı əməliyyatları yenidən bərpa etməyə hazır olduğunu bəyan edib.

İsrailin müdafiə naziri İsrael Katz da oxşar mövqe sərgiləyib. “Israel National News”in məlumatına görə, Katz İrana qarşı kampaniyanın başa çatmaqdan uzaq olduğunu bildirib. O xəbərdarlıq edib ki, İran İsrailə hücum edərsə, bir neçə gün əvvəl olduğu kimi yenidən ağır zərbə alacaq.

Katz həmçinin İsrail ordusunun İrana “böyük güclə” zərbə endirməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, regionda təhlükəsizlik mühiti dəyişir və İsrail İranın təhdidlərini cavabsız buraxmayacaq.

Reuters” daha əvvəl İsrail ordusuna istinadən yazmışdı ki, İsrail İranın qərb və mərkəzi hissəsində hərbi hədəflərə zərbələr endirib. Agentlik bu hücumların İran tərəfindən İsrailə atılan raketlərdən sonra həyata keçirildiyini qeyd edib.

Bəyanatlar Yaxın Şərqdə gərginliyin yenidən artdığı və İran-İsrail xəttində qarşılıqlı hərbi ritorikanın sərtləşdiyi bir dövrə təsadüf edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.