“Barselona” Reşfordu almayacaq

İspaniya mətbuatının məlumatına görə, “Barselona” Markus Rəşford üçün 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirməyəcək. İngiltərəli futbolçunun “Mançester Yunayted”ə qayıdacağı gözlənilir.

13

“Barselona”nın Markus Reşfordu daimi əsaslarla heyətində saxlamayacağı bildirilir.

MSNews.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinin məlumatına görə, Kataloniya klubu ingiltərəli hücumçu üçün nəzərdə tutulan 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirməyəcək. Bu səbəbdən Reşfordun icarə müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”ə qayıdacağı gözlənilir.

Cadena SER” də oxşar məlumat yayaraq yazıb ki, “Barselona” Reşfordun transfer hüquqlarını almaq üçün 30 milyon avro ödəmək niyyətində deyil. Bununla belə, klub futbolçunun başqa şərtlərlə, xüsusilə yeni icarə formatında geri qayıtmasını tam istisna etmir. “Barca Blaugranes” yazır ki, Reşford sosial şəbəkələrdə “Barselona” ilə bağlı qeydləri profil təsvirindən silib və bu addım onun gələcəyi ilə bağlı iddiaları daha da gücləndirib.

“Barselona” daha əvvəl Reşfordun “Mançester Yunayted”dən 2026-cı il iyunun 30-dək icarəyə götürüldüyünü və müqavilədə satınalma opsiyasının yer aldığını rəsmi açıqlamışdı.

Hələlik nə “Barselona”, nə də “Mançester Yunayted” Reşfordun gələcəyi ilə bağlı yekun rəsmi açıqlama yayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.