“Barselona” Reşfordu almayacaq

İspaniya mətbuatının məlumatına görə, “Barselona” Markus Rəşford üçün 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirməyəcək. İngiltərəli futbolçunun “Mançester Yunayted”ə qayıdacağı gözlənilir.

“Barselona” 29-cu dəfə İspaniya çempionu oldu

“Barselona” “El-Klasiko”da “Real Madrid”i 2:0 hesabı ilə məğlub edərək tarixində 29-cu dəfə La Liqa çempionluğunu rəsmiləşdirib. Hansi Flik Kataloniya klubunda ardıcıl ikinci titulunu qazanıb.