Avropa liderləri Zelenski ilə Londonda görüşür

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mers Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşür. Danışıqların əsas mövzusu Ukraynaya dəstək və Rusiyaya təzyiqin artırılmasıdır.

19

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mers Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşür.

MSNews.az xəbər verir ki, bu barədə Reuters Fransa Prezident Administrasiyasına istinadən məlumat yayıb. Bildirilib ki, liderlər iyunun 7-də Londonda Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması məsələlərini müzakirə edirlər.

Fransa Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, görüş liderlərə Ukraynaya davamlı dəstək üzrə koordinasiyanı davam etdirmək, eləcə də Rusiyaya qarşı siyasi, iqtisadi və hərbi təzyiqi artırmaq imkanlarını müzakirə etməyə şərait yaradacaq.

The Guardian” yazır ki, London görüşü Böyük Britaniya və Fransanın təşəbbüsü ilə formalaşan “istəklilər koalisiyası” çərçivəsində aparılan məsləhətləşmələrin davamı kimi qiymətləndirilir. Bu formatın əsas məqsədi Ukraynaya təhlükəsizlik zəmanətləri və uzunmüddətli hərbi-siyasi dəstək mexanizmlərinin hazırlanmasıdır.

Görüş fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni uzatmaqda ittiham edir və Moskvanın real sülh danışıqlarına hazır olmadığını bildirir. Rusiya Prezidenti Vladimir Putin isə Zelenski ilə birbaşa görüş ideyasını əvvəlki açıqlamalarında mənasız adlandırıb.

London görüşünün yekunları ilə bağlı əlavə açıqlamaların gün ərzində verilməsi gözlənilir.