İran futbolçularına ABŞ vizası verildi

İran millisinin futbolçuları 2026-cı il dünya çempionatında iştirak üçün ABŞ-a giriş vizaları alıblar. Bununla belə, komandanın bəzi texniki və inzibati heyət üzvlərinin viza məsələsi hələ də tam həll olunmayıb.

15

İran millisinin futbolçularına 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ-a giriş vizaları verilib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”ə Ağ Ev rəsmisi məlumat verib. Agentliyin xəbərinə əsasən, vizalar İran millisinin mundialdakı ilk oyununa 10 gün qalmış rəsmiləşdirilib.

CNA”nın “Reuters”ə istinadən yaydığı məlumata görə, İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndide bir gün əvvəl komandanın hələ ABŞ vizası almadığını bildirmişdi. Ağ Ev rəsmisi isə vizaların gecə saatlarında verildiyini açıqlayıb.

Bununla belə, İran komandasının bütün nümayəndə heyəti ilə bağlı məsələ tam həll olunmayıb. İranın yarı-rəsmi “Fars” agentliyinin məlumatına görə, milli komandanın bəzi texniki və inzibati heyət üzvlərinə hələ ABŞ vizası verilməyib. ABŞ tərəfi isə İranın dünya çempionatında iştirakı üçün “idmançılar və zəruri dəstək heyəti” daxil olmaqla lazımi vizaların rəsmiləşdirildiyini bildirib.

The Guardian” yazır ki, İran millisinin futbolçuları və məşqçilər heyətinin bir hissəsi vizaları alsa da, federasiyanın bəzi idarəçi və dəstək heyəti üzvlərinin ABŞ-a girişinə icazə verilməyib. İran Futbol Federasiyası məsələni FIFA qarşısında qaldıracağını bəyan edib.

İran komandası mundial üçün ABŞ-da deyil, Meksikanın Tixuana şəhərində məskunlaşacaq. “Reuters” daha əvvəl yazmışdı ki, Meksika Prezidenti Klaudiya Şeynbaum İran millisinin turnir zamanı Meksikada qalacağını və ABŞ-dakı oyunlara buradan gedəcəyini açıqlayıb.

İran DÇ-2026-da “G” qrupunda mübarizə aparacaq. FIFA-nın məlumatına görə, İran iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya, iyunun 21-də yenə Los-Ancelesdə Belçika, iyunun 26-da isə Sietldə Misir yığması ilə qarşılaşacaq.

ABŞ və İran arasında hərbi-siyasi gərginlik fonunda viza məsələsi dünya çempionatı ətrafında əsas diplomatik mövzulardan birinə çevrilib. Hazırda futbolçuların ABŞ-a girişinə icazə verilsə də, komandanın tam heyətinin turnirdə hansı logistika ilə iştirak edəcəyi ilə bağlı suallar qalır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.