Endrikin həyat yoldaşından sərt paylaşım

Braziliya millisinin hücumçusu Endrikin həyat yoldaşı Qabrieli Miranda sosial şəbəkədə analıq və hörmətlə bağlı sərt paylaşım edib. Paylaşım azarkeşlər tərəfindən futbolçunun ailəsinə ünvanlanmış mesaj kimi yozulsa da, Miranda bunu təkzib edib.

120

Braziliyalı futbolçu Endrikin həyat yoldaşı Qabrieli Mirandanın sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “Metrópoles”in məlumatına görə, ilk övladını gözləyən Gabrieli Miranda “Instagram” hekayəsində analıq və şəxsi sərhədlərlə bağlı sərt məzmunlu paylaşım edib.

Paylaşımda “Mənə ana kimi hörmətsizlik yalnız bir dəfə edilə bilər. Bundan sonra övladıma, onunla bağlı xəbərlərə və bizim həyatımızdakı varlığımıza çıxış itiriləcək” məzmunlu ifadələr yer alıb.

Bu paylaşım qısa müddətdə sosial şəbəkələrdə yayılıb və bəzi istifadəçilər bunu Endrikə və ya futbolçunun ailə üzvlərinə ünvanlanmış dolayı mesaj kimi şərh ediblər. Xüsusilə, Mirandanın Endrikin anası Sintiya Ramosla münasibətləri barədə əvvəl də sosial şəbəkələrdə müzakirələrin olması iddiaları daha da artırıb.

Lakin Qabrieli Miranda sonradan yayılan iddialara münasibət bildirib. O, paylaşımın nə Endrikə, nə də futbolçunun ailə üzvlərinə aid olduğunu deyib. Miranda bunun yalnız öz analıq təcrübəsinə və gələcəkdə övladı ilə bağlı qoyacağı sərhədlərə dair şəxsi fikri olduğunu bildirib.

Miranda açıqlamasında “paylaşım mənim haqqımda, analığımla bağlı necə davranacağımla əlaqəlidir, bunun heç kimlə əlaqəsi yoxdur” məzmunlu fikir səsləndirib. O, həmçinin insanların qadınlara qarşı tez-tez mənfi şərhlər yazdığını və mövcud olmayan problemlər yaratdığını deyərək narazılığını ifadə edib.

Qeyd edək ki, Endrik və Qabrieli Miranda 2024-cü ildə ailə qurublar. Cütlük bir müddət əvvəl ilk övladlarını gözlədiklərini açıqlayıb. Bu xəbərdən sonra futbolçunun şəxsi həyatı və ailə münasibətləri Braziliya mediasında daha çox diqqət mərkəzinə düşüb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti