Yaponiya millisi DÇ-2026-nın “F” qrupunda Tunis üzərində böyükhesablı qələbə qazanıb.
MSNews.az xəbər verir ki, oyunda Yaponiya yığması hücumda daha effektiv çıxış edib və rəqibə ciddi dönüş imkanı verməyib.
Hesabı 4-cü dəqiqədə Daiçi Kamada açıb. Erkən qol Yaponiyanın oyuna daha rahat nəzarət etməsinə şərait yaradıb.
31-ci dəqiqədə Ayase Ueda fərqlənərək hesab arasındakı fərqi artırıb. İkinci hissədə də üstünlüyünü davam etdirən Yaponiya 69-cu dəqiqədə Junya Itonun qolu ilə hesabı 3:0-a çatdırıb.
Matçın sonlarında Ayase Ueda ikinci dəfə fərqlənib və dublunu rəsmiləşdirib. Bu qol oyunda yekun hesabı müəyyənləşdirib — Tunis 0-4 Yaponiya
Yaponiya matç ərzində yüksək temp, intizamlı müdafiə və sürətli hücumlarla rəqibindən üstün olub. Komanda əsas oyunçulardan bəzilərinin yoxluğuna baxmayaraq, meydanda balanslı oyun göstərib.
Tunis üçün isə bu məğlubiyyət qrup mərhələsində ardıcıl ikinci ağır zərbə olub. Komanda ilk turda İsveçə 1:5 hesabı ilə uduzmuşdu, Yaponiya qarşısında isə qapıya yol tapa bilməyib.
Bu nəticədən sonra Yaponiya “F” qrupunda pley-offa çıxmaq şanslarını ciddi şəkildə artırıb. Komanda son turda İsveçlə qarşılaşacaq və qrupdan çıxmaq üçün əlverişli mövqedədir.
Tunis isə son turda Niderlandla üz-üzə gələcək. Lakin komandanın iki oyundan sonra ağır məğlubiyyətlər alması onun turnirdəki vəziyyətini xeyli çətinləşdirib.