DÇ-2026-da 22 dünya çempionu oynayacaq

2026 FIFA Dünya Çempionatında əvvəlki mundiallarda çempionluq yaşamış 22 futbolçu forma geyinəcək. Siyahıya 2014-cü il qalibi Manuel Neuer, 2018-ci ilin 4 fransalı çempionu və 2022-ci ilin 17 argentinalı qalibi daxildir.

20

2026 FIFA Dünya Çempionatında əvvəlki mundiallarda çempionluq yaşamış 22 futbolçu yenidən mundial səhnəsinə çıxacaq.

MSNews.az xəbər verir ki, “Anadolu Agentliyi”nin məlumatına görə, bu futbolçular 2014, 2018 və 2022-ci illərdə dünya çempionu olmuş komandaların heyətində yer alıblar.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. “FIFA”nın rəsmi məlumatına əsasən, turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və ümumilikdə 1248 futbolçu mundial üçün yekun heyətlərə daxil edilib.

Əvvəlki dünya çempionları arasında ən təcrübəli adlardan biri Almaniya millisinin qapıçısı Manuel Neuervdir. O, 2014-cü ildə Braziliyada keçirilən mundialda Almaniya ilə dünya çempionu olub. Həmin heyətdən 2026-cı il turnirində forma geyinəcək yeganə futbolçu məhz Neuervdir.

2018-ci ildə Rusiyada dünya çempionu olan Fransa millisindən isə dörd futbolçu 2026-cı il mundialında iştirak edəcək. “Anadolu Agentliyi” yazır ki, bu siyahıya Usman Dembele, Lukas Ernandes, N’Qolo Kante və Kilian Mbappe daxildir.

Ən geniş təmsilçilik isə son dünya çempionu Argentinaya məxsusdur. Baş məşqçi Lionel Skaloni 2022-ci ildə Qətərdə çempionluq qazanan heyətdən 17 futbolçunu 2026-cı il Dünya Çempionatına aparır.

Argentina millisinin heyətində Tiaqo Almada, Xulian Alvares, Rodriqo De Paul, Enso Fernandes, Aleksis Mak Allister, Emiliano Martines, Lautaro Martines, Lisandro Martines, Lionel Messi, Nahuel Molina, Qonsalo Montiel, Nikolas Otamendi, Eksekiel Palasios, Leandro Paredes, Kristian Romero, Xeronimo Rulli və Nikolas Talyafiko yenidən mundialda çıxış edəcək.

FIFA” bildirir ki, 2026 Dünya Çempionatı həm təcrübəli ulduzların, həm də mundial debütantlarının iştirakı ilə diqqət çəkəcək. Təşkilatın məlumatına görə, Lionel Messi, Kriştiano Ronaldo və Gilermo Oçoa karyeralarında altıncı dəfə Dünya Çempionatında iştirak etməyə hazırlaşırlar.

Qeyd edək ki, 2026-cı il mundialı tarixdə ilk dəfə üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir həm iştirakçı komanda sayının 48-ə çatdırılması, həm də əvvəlki dünya çempionlarının yenidən səhnəyə qayıtması ilə futbol tarixində xüsusi yer tutacaq.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930