FIFA DÇ-2026 stadionlarına su butulkalarını qadağan etdi

FIFA 2026-cı il dünya çempionatı matçlarında azarkeşlərin stadionlara kənardan su butulkaları gətirməsini qadağan edib. Qərar tribunadan meydançaya əşya atılması riskinin azaldılması ilə izah olunur.

20

FIFA 2026-cı il dünya çempionatı oyunlarında azarkeşlərin stadionlara kənardan su butulkaları gətirməsini qadağan edib.

MSNews.az xəbər verir ki, “FIFA”nın yenilənmiş Stadion Davranış Kodeksində butulkalar, stəkanlar, bankalar, qapaqlı və ya bağlı qablar, eləcə də atılaraq xəsarətə səbəb ola biləcək oxşar əşyalar qadağan olunmuş predmetlər siyahısına daxil edilib. Sənəddə xüsusi olaraq təkrar istifadə olunan su butulkalarının stadiona gətirilməsinə icazə verilmədiyi qeyd olunur.

Reuters”in məlumatına görə, qərar 2 iyundan qüvvəyə minən kodeks dəyişikliyindən sonra tətbiq olunub. FIFA açıqlamasında bildirib ki, məqsəd futbolçuların, hakimlərin, azarkeşlərin, könüllülərin və stadion əməkdaşlarının təhlükəsizliyini qorumaqdır.

Qurum qərarı tribunadan meydana əşya atılması riskinin azaldılması ilə izah edib. FIFA-nın mövqeyinə görə, bəzi stadionlarda bu cür qadağalar artıq təhlükəsizlik səbəbi ilə mövcud idi və indi oxşar yanaşma turnirin bütün stadionlarına şamil olunur.

Bununla yanaşı, qaydalarda müəyyən istisnalar da nəzərdə tutulub. FIFA-nın kodeksinə əsasən, körpələr üçün süd və steril su müəyyən hədd daxilində, tibbi səbəblə tələb olunan mayelər isə müvafiq tibbi sənəd təqdim edildiyi halda stadiona buraxıla bilər. Stadion daxilində alınan içkilərə isə ayrıca istisna tətbiq olunur.

“Reuters” yazır ki, FIFA stadionlarda su butulkalarının qiymətinin həmin məkanlarda keçirilən digər tədbirlərdəki qiymətlərlə uyğun saxlanılacağını bildirib. Eyni zamanda təşkilat ev sahibi şəhər komitələri və yerli hakimiyyət orqanları ilə birlikdə istilik risklərinin azaldılması üçün tədbirlər görəcəyini açıqlayıb. Bu tədbirlərə stadion ətrafında su təminatı məntəqələri, sərinləmə zonaları, ventilyatorlar və kölgəliklər daxil ola bilər.

Qadağa azarkeşlər arasında müzakirələrə səbəb olub. Narahatlıq əsasən 2026-cı il dünya çempionatının yay aylarında ABŞ, Kanada və Meksikada keçiriləcəyi, bəzi şəhərlərdə isə yüksək temperaturun gözlənildiyi ilə bağlıdır.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və ümumilikdə 104 oyun baş tutacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.