“Atletiko” “Barselona”nı satirik transfer təklifləri ilə ələ saldı

“Atletiko Madrid” Lamin Yamal və Pedri üçün Bad Bunny biletləri, “ABC” abunəsi və tum paketindən ibarət zarafat xarakterli “transfer təklifləri” paylaşaraq “Barselona”ya ironik cavab verib.

38

“Atletiko Madrid” sosial şəbəkələrdə “Barselona”ya ünvanlanan satirik “transfer təklifləri” ilə gündəm olub.

“Cadena SER” yazır ki, Madrid klubu bu addımı “Barselona”nın Xulian Alvaresə marağı barədə yayılan xəbərlərə ironik cavab kimi atıb. “Atletiko”nun sosial şəbəkə hesablarında yayılan paylaşımlarda Lamin Yamal, Pedri və digər “Barselona” futbolçuları ilə bağlı zarafat xarakterli təkliflər yer alıb.

Paylaşımlardan birində “Atletiko” guya “Barselona”ya Lamin Yamal üçün “faks göndərdiyini” bildirib. Təklif paketi isə 4 ədəd Bad Bunny konsert bileti, “ABC” qəzetinə illik abunə və bir paket tumdan ibarət olub.

Daha sonra klub zarafatı davam etdirərək Pedri üçün də “təklif” göndərdiyini açıqlayıb. Bu dəfə paket “yaxşılaşdırılıb” və Bad Bunny konsertinə biletlərin sayı 4-dən 6-ya qaldırılıb.

“Barca Blaugranes” qeyd edir ki, bu paylaşımlar real transfer təklifi deyil, “Atletiko”nun Xulian Alvareslə bağlı yayılan şayiələrə satirik reaksiyasıdır. Madrid klubu bununla transfer xəbərlərində süni gündəm yaradılmasına və sosial şəbəkələrdə yayılan dezinformasiyaya eyham vurub.

Məlumata görə, “Atletiko” bu kampaniya ilə azarkeşlərə “gördüyünüz hər şeyə inanmayın” mesajı verməyə çalışıb. Klubun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə viral olub və İspaniya futbolunda günün ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930