2026/27 mövsümündə Misli Premyer Liqasında çıxış etmək hüququ uğrunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” pley-off matçı üçün komandaların start heyətləri açıqlanıb.
MSNews.az xəbər verir ki, qarşılaşma bu gün saat 18:30-da start götürəcək. Görüşdə “Qəbələ” Premyer Liqadakı yerini qorumağa, “Mingəçevir” isə elitaya yüksəlməyə çalışacaq.
Peşəkar Futbol Liqasının məlumatına əsasən, oyun Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev və Asiman Əzizli kömək edəcək, dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov olacaq.
“Qəbələ” meydana Səlahət Ağayev, Murad Musayev, Nicat Əliyev, Şahin Şahniyarov, Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Loua, Xayme Syerra, İsaak Amoah, Domi Massumo və Prins Ovusu ilə çıxacaq. Komandanın ehtiyat oyunçuları sırasında Rza Cəfərov, Asif Məmmədov, Fərid İsgəndərov, Süleyman Damadayev, Nuğay Rəşidov, Elnur Mustafayev, İsmael Akinade, İbrahim Sanqare, Eduardo Kunde və Paulo Quimbila yer alıb.
“Mingəçevir”in start heyətində isə Orxan Sadıqlı, Fuad Bayramov, Elçin Mustafayev, Elmin Bayramov, Kənan Quliyev, Nicat Məmmədov, Qabil Əlizadə, Seymur Məmmədov, Rəhim Cəfərli, Əkbər Eyubov və Kennet Kalunqa oynayacaq. Ehtiyatda Əmrah Məmmədli, Amil Yunanov, Nurlan Novruzov, Bahadur Həziyev, Xəyal Muradov, Cəlal Cəbrayılov, Taleh Fərmanov, Elnur Mirzəyev, Məhəmməd Səfərov, Abba Usman və Rimas Kerimi olacaq.
Qeyd edək ki, “Qəbələ” başa çatan mövsümdə Misli Premyer Liqasını 11-ci pillədə tamamlayıb. “Mingəçevir” isə I Liqanı ikinci yerdə başa vuraraq pley-offa vəsiqə qazanıb. Bir oyundan ibarət duel 2026/27 mövsümündə Premyer Liqada iştirak edəcək son komandanın adına aydınlıq gətirəcək.