Gürcüstanda DTX-nin keçmiş əməkdaşı saxlanıldı

Gürcüstanda Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş, hazırda DİN-də çalışan əməkdaşı məxfi məlumatların qanunsuz çıxarılması ittihamı ilə saxlanılıb.

11

Gürcüstanda Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş, hazırda isə Daxili İşlər Nazirliyinin əməkdaşı olan şəxs saxlanılıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, əməliyyat qurumun Baş Müfəttişliyi ilə Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin birgə tədbirləri nəticəsində keçirilib. Saxlanılan şəxs Dövlət Təhlükəsizliyi Xidmətindən məxfi məlumatların qanunsuz şəkildə çıxarılmasında ittiham olunur.

MSNews.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə aparılır. Bu maddə dövlət sirrinin qorunması qaydalarının pozulmasını nəzərdə tutur.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, qurum daxili informasiyanın, hətta kiçik həcmli məlumatların belə qanunsuz çıxarılmasına qarşı “xüsusilə sərt və barışmaz” mövqe tutacaq. Qurum oxşar əməllərə yol verən şəxslərin ciddi şəkildə cəzalandırılacağını vurğulayıb.

 

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.