Kommunist lider inqilab riski barədə xəbərdarlıq etdi

Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov iqtisadi problemlərin dərinləşəcəyi halda ölkədə inqilab riski yarana biləcəyini bildirib.

11

Rusiyada iqtisadi vəziyyətlə bağlı narahatlıqlar siyasi müstəviyə daşınıb; Gennadi Zyuqanov rəhbərlik etdiyi Kommunist Partiyası adından parlamentdə çıxış edərək ölkədə iqtisadi problemlərin dərinləşəcəyi halda “1917-ci il inqilabına bənzər ssenari”nin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə “Reuters”-ə istinadən MSNews.az xəbər verir.

Nəşr xəbər verir ki, Zyuqanov bu fikirləri Dövlət Dumasının plenar iclasında səsləndirib. Onun sözlərinə görə, hökumət təcili iqtisadi və maliyyə tədbirləri görməsə, payız aylarına doğru sosial narazılıq artaraq ciddi siyasi nəticələrə gətirib çıxara bilər.

Rəsmi məlumatlara əsasən, Rusiya iqtisadiyyatı ilin ilk iki ayında 1,8% kiçilib. Prezident Vladimir Putin isə hökumətdən iqtisadi artımı sürətləndirəcək yeni tədbirlər planı hazırlamağı tələb edib.

Bununla belə, Zyuqanov çıxışında Putini birbaşa tənqid etməyib, əsasən hökuməti, mərkəzi bankı və hakim partiyanı hədəf alıb. Analitiklər hesab edir ki, bu mövqe həm iqtisadi narazılıq fonunda seçiciləri cəlb etmək, həm də mövcud siyasi balansı qorumaq məqsədi daşıyır.

Ekspertlər qeyd edir ki, hazırda Rusiyada genişmiqyaslı sosial iğtişaş əlamətləri müşahidə olunmur. Lakin yüksək faiz dərəcələri, müharibənin iqtisadi yükü və artan həyat xərcləri uzunmüddətli perspektivdə ictimai narazılığı artıran amillər kimi qiymətləndirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.