Hikmət Hacıyev: “Orta Dəhlizin əhəmiyyəti yenidən təsdiqləndi”

Hikmət Hacıyev Antalya Diplomatiya Forumunda bildirib ki, qlobal logistika zəncirlərindəki pozuntular Orta Dəhlizin və Cənubi Qafqazın strateji rolunu artırıb.

14

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, qlobal logistika və təchizat zəncirlərində yaşanan pozuntular Orta Dəhlizin əhəmiyyətini bir daha nümayiş etdirib. O, bu fikirləri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” panel sessiyasında səsləndirib. 

Hacıyevin sözlərinə görə, Azərbaycan hazırda “dörd dəniz” konsepsiyası üzərində də işləyir. Bu yanaşma Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən daha geniş bağlantı şəbəkəsinin qurulmasını nəzərdə tutur. O bildirib ki, bu çərçivədə regionlararası əməkdaşlıq və tərəfdaşlıqlar genişlənir, Ermənistanın da tranzit ölkə kimi prosesə daxil edilməsi ilə daha inklüziv model formalaşdırılır.

Prezident köməkçisi qeyd edib ki, bu layihələrin bəzi hissələri artıq demək olar ki, tamamlanıb və Azərbaycanın öz seqmenti üzrə işləri 2026-cı ilin sonuna qədər yekunlaşdırması planlaşdırılır. Naxçıvan istiqamətində isə Avropa tərəfdaşları, ABŞ və Ermənistanla əməkdaşlığın davam etdiyi bildirilib.

Hikmət Hacıyev vurğulayıb ki, Cənubi Qafqaz tədricən qlobal təchizat zəncirləri və enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaşa çevrilir. Onun sözlərinə görə, əvvəllər region daha çox münaqişə və qarşıdurmalar kontekstində müzakirə olunurdusa, indi diqqət real sülh, bağlantılar və iqtisadi əməkdaşlıq imkanlarına yönəlir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.