Qalibaf: “İranın 10 maddəlik planının 3 bəndi pozulub”

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib ki, Tehranın 10 maddəlik danışıqlar planının üç bəndi artıq pozulub və bu şəraitdə atəşkəs və danışıqlar məntiqsiz görünür.

13

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib ki, Tehranın irəli sürdüyü 10 maddəlik təklif hələ də “danışıqlar aparmaq üçün işlək əsas” sayılır, lakin onun sözlərinə görə, bu çərçivənin artıq üç mühüm bəndi pozulub.

Wall Street Journal”-ın canlı yeniləməsində Qalibafın məhz buna görə ikitərəfli atəşkəsin və danışıqların məntiqini sual altına aldığı qeyd olunur.

Qalibafın göstərdiyi ilk pozuntu Livanla bağlıdır. O deyib ki, İran təklifinin ilk bəndi regionda, o cümlədən Livanda atəşkəsə əsaslanırdı. Lakin “Reuters” yazır ki, İsrail hökuməti Trampın İranla iki həftəlik fasiləsini dəstəkləsə də, bu rejimin Livana şamil olunmadığını açıq bəyan edib. Bu, İran və Pakistan tərəfinin daha geniş atəşkəs gözləntiləri ilə ziddiyyət yaradır.

İkinci irad İran hava məkanının pozulması ilə bağlıdır. Qalibafın mövqeyinə yaxın yayımlanan məlumatlarda Fars ostanının Lar şəhəri üzərində pilotsuz uçuş aparatının vurulduğu deyilir. Bu epizod İran mediası və region mənbələrində atəşkəs ruhuna zidd addım kimi təqdim olunur.

Üçüncü mübahisə İranın uranı zənginləşdirmək hüququ ilə bağlıdır. Qalibaf deyir ki, Tehran üçün prinsipial olan bu bənd danışıqlar başlamamış inkar olunub. “Reuters”-in məlumatına görə, Ağ Ev artıq İranın zənginləşdirilmiş uran ehtiyatını təhvil verməyə hazır olduğunu bildirsə də, Vaşinqtonun xətti İranın nüvə silahı əldə etməməsi ilə yanaşı, zənginləşdirmə imkanlarının gələcəyi barədə də sərt olaraq qalır. Tramp administrasiyasının son siqnalları göstərir ki, bu məsələ danışıqların ən ağır və həssas mövzularından biridir.

Beləliklə, Qalibafın mesajı ondan ibarətdir ki, Tehran 10 maddəlik planı formal olaraq danışıqların bazası saysa da, Livan cəbhəsi, hava məkanı və nüvə hüquqları üzrə yaranan ziddiyyətlər səbəbindən prosesə inam xeyli zəifləyib. “Reuters”-in Pakistanın vasitəçiliyi barədə materialı da göstərir ki, atəşkəs çox kövrəkdir və tərəflər arasında etimad böhranı hələ aradan qalxmayıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.