İtaliya yenə mundialdan kənarda qaldı

Bosniya və Herseqovina, Çexiya, İsveç və Türkiyə 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı, İtaliya isə üçüncü dəfə ardıcıl olaraq kənarda qaldı.

40

Bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək FIFA Dünya Çempionatının Avropa pley-off mərhələsi gözlənilməz nəticələrlə yadda qalıb. İtaliya milli yığma komandası tarixində üçüncü dəfə ardıcıl olaraq dünya çempionatına vəsiqə qazana bilməyib.

Bosniya və Herseqovina yığması dramatik qarşılaşmada İtaliyanı penaltilər seriyasında məğlub edərək mundiala vəsiqə qazanıb. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, lakin penaltilərdə bosniyalılar daha dəqiq olublar. Bu nəticə İtaliya futbolu üçün böyük zərbə kimi qiymətləndirilir.

Digər qarşılaşmalarda isə Çexiya millisi Danimarkanı penaltilərlə məğlub edərək 20 ildən sonra yenidən dünya çempionatına qayıdıb.

İsveç isə Polşa üzərində 3:2 hesablı dramatik qələbə qazanaraq mundiala biletləri sifariş edib. Türkiyə yığması isə Kosovo üzərində minimal (1:0) qələbə ilə 24 illik fasilədən sonra mundiala dönüş edib.

Qələbə qolları ilə seçilən oyunçular arasında Viktor Gyökeres və Kerem Aktürkoğlu xüsusi rol oynayıblar.

Beləliklə, Avropa pley-offlarının nəticələrinə əsasən Bosniya və Herseqovina, Çexiya, İsveç Türkiyə yığmaları 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan son komandalar sırasında yer alıblar.