Almaniyanın hərbi peyk planı narahatlıq yaratdı

Almaniyanın 10 milyard avroluq hərbi peyk layihəsi Aİ-də parçalanma və resurs israfı riskləri ilə bağlı narahatlıq yaradıb.

11

Almaniyanın müstəqil hərbi peyk şəbəkəsi yaratmaq planı Avropa İttifaqında ciddi müzakirələrə səbəb olub.

MSNews.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, Berlinin təxminən 10 milyard avro dəyərində layihəsi Aİ daxilində koordinasiya və resursların bölüşdürülməsi ilə bağlı suallar doğurur.

Layihə çərçivəsində Almaniya aşağı Yer orbitində (LEO) yerləşəcək 100 hərbi rabitə peyki yaratmağı planlaşdırır. Bu təşəbbüs Aİ-nin 10,6 milyard avroluq IRIS² proqramı ilə paralel şəkildə həyata keçiriləcək.

Aİ rəsmiləri bildirirlər ki, Almaniyanın bu addımı təkrarlanan strukturlar və standartların parçalanması riskini yaradır. Avropa Parlamentinin müdafiə komitəsinin sədri Marie-Agnes Strack-Zimmermann xəbərdarlıq edib ki, milli sistemlərin Aİ layihələri ilə inteqrasiya olunmaması ümumi müdafiə qabiliyyətini zəiflədə bilər.

Layihədə Almaniyanın aparıcı müdafiə və texnologiya şirkətləri – “Rheinmetall”, OHB “Airbus” iştirak edəcək.

Analitiklər qeyd edir ki, Almaniyanın planlaşdırdığı sistem texnologiya baxımından “SpaceX”-in “Starshield” platformasına bənzər olacaq və əsasən hərbi rabitə məqsədi daşıyacaq.

Digər tərəfdən, bəzi siyasətçilər bu təşəbbüsün iqtisadi baxımdan da səmərəliliyini sual altına alır. Onların fikrincə, paralel layihələr daha çox xərc, lakin daha az strateji effekt verə bilər.

Bununla yanaşı, Almaniya tərəfi bildirir ki, milli layihə ölkənin spesifik hərbi ehtiyaclarına cavab verir və Aİ proqramlarını tamamlayıcı rol oynaya bilər.

Ekspertlər hesab edir ki, bu məsələ Aİ daxilində milli maraqlarla kollektiv müdafiə strategiyası arasındakı balansın nə qədər çətin olduğunu bir daha göstərir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026