Epşteynlə əlaqəli diplomat karyerasını dayandırdı

Epşteyn qalmaqalı ilə əlaqələndirilən diplomat Mona Juul karyerasını başa vurdu.

22

Cinsi istismar qalmaqalı ilə tanınan Ceffri Epşteyn ilə əlaqələndirilən diplomat, Norveçin Əmmandakı sabiq səfiri Mona Juulun karyerasını dayandırdığı bildirilir. Türkiyənin “Sözcü” nəşrinin məlumatına görə, diplomatın adı əvvəllər Epşteyn işi ilə bağlı araşdırmalarda hallanıb və bu səbəbdən o, vəzifəsindən uzaqlaşıb.

Xəbərdə qeyd olunur ki, qərar uzun müddətdir davam edən təzyiq və ictimai reaksiyalar fonunda qəbul edilib. Epşteyn qalmaqalı illərdir beynəlxalq səviyyədə rezonans doğurur və onunla əlaqəsi olduğu iddia edilən şəxslər tez-tez araşdırma və tənqidlərin hədəfinə çevrilir.

Hələlik diplomatın özü və ya rəsmi qurumlar tərəfindən geniş açıqlama verilmədiyi bildirilir. Mövzu ilə bağlı əlavə detallərin yaxın günlərdə açıqlanacağı gözlənilir.