Tilan Blondo evlənir

Dünyanın ən gözəl qızı kimi tanınan model Tilan Blondo məşhur aktyor Ben Attal ilə evlənməyə hazırlaşır. Cütlüyün nişanı sosial mediada gündəm olub.

389

Uşaqlıq illərində “dünyanın ən gözəl qızı” kimi tanınaraq qlobal məşhurluq qazanan fransız model və aktrisa Tilan Blondo evlənməyə hazırlaşır. O, uzun müddətdir münasibətdə olduğu aktyor Ben Attal ilə nişanlanıb.

Məlumata görə, cütlük münasibətlərini rəsmi mərhələyə daşıyaraq evlilik qərarı verib. Aktyor Attalın etdiyi evlilik təklifinə Blondo “bəli” cavabı verib və bu xəbər qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Uşaqlıq yaşlarında modellik karyerasına başlayan Blondo, bir çox beynəlxalq moda brendləri və jurnallar üçün çalışaraq dünya miqyasında tanınıb. O, xüsusilə 6 yaşında ikən “dünyanın ən gözəl qızı” kimi təqdim olunması ilə diqqət çəkmişdi və daha sonra moda sənayesində uğurlu karyera qurmuşdu.

Cütlüyün nişan xəbəri pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan görüntülər və təbrik mesajları qısa müddətdə minlərlə bəyənmə toplayıb.

Hazırda cütlüyün toy tarixinin nə vaxt keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.