Bitkoin: Yaranma tarixi və müəllifi ətrafında mübahisələr

Bitkoin 2009-cu ildən istifadədə olan ilk kriptovalyutadır. Onun yaradıcısı Satoşi Nakamoto kimi tanınır, lakin kimliyi hələ də mübahisəlidir. Bitkoin ətrafında konspirasiya iddiaları və qlobal təsiri haqqında geniş məlumat.

60
Son illərdə dünyada ən çox müzakirə olunan maliyyə alətlərindən biri olan Bitkoin (BTC) virtual kriptovalyuta kimi fəaliyyət göstərir. O, internet üzərindən alınıb-satıla bilir və digər valyutalar kimi bazar dəyərinə malikdir. 
Bitkoin ideyası 2008-ci ildə Satoşi Nakamoto adı ilə yayımlanan manifestdə təqdim olunub. 3 yanvar 2009-cu ildən etibarən sistem istifadəyə verilib. Onun rəsmi simvolu ₿, qısaltması isə BTC-dir. Bitkoin heç bir dövlətə və ya mərkəzi banka məxsus olmadığı üçün mərkəzləşdirilmiş idarəetməyə tabe deyil və məhdud emissiya səbəbindən inflyasiya riski ənənəvi valyutalarla müqayisədə daha aşağı hesab olunur.
Kriptovalyuta virtual pul kisələrində saxlanılır və blokçeyn texnologiyası üzərində qurulub. Bitkoin əməliyyatları açıq blokçeyn şəbəkəsində qeyd olunsa da, istifadəçilər psevdonim ünvanlarla fəaliyyət göstərdiyi üçün anonimlik səviyyəsi yüksəkdir. Bu xüsusiyyət isə onu həm innovativ maliyyə aləti, həm də mübahisəli vasitəyə çevirib.
Bəzi hesabatlarda və xüsusilə “Deep Web” kimi tanınan qaranlıq internet platformalarında Bitkoinin qeyri-qanuni fəaliyyətlərdə – silah alveri, narkotik ticarəti və qaçaqmalçılıqda istifadə edildiyi qeyd olunur. Bununla yanaşı, bir çox ölkədə Bitcoin leqal investisiya və ödəniş vasitəsi kimi qəbul edilir.
Bitkoin ətrafında ən maraqlı faktlardan biri 1988-ci ildə The Economist jurnalının üz qabığında yayımlanan “Tək dünya, tək pul” başlıqlı məqalə ilə bağlıdır. Həmin üz qabığında gələcəyin vahid qlobal valyutasını simvolizə edən və Bitkoin loqosuna bənzər təsvir yer almışdı. Bu fakt illər sonra müxtəlif konspirasiya nəzəriyyələrinin yaranmasına səbəb olub.
Bitkoinin yaradıcısının kimliyi hələ də tam aydın deyil. 2016-cı ildə avstraliyalı iş adamı Kreyq Rayt özünü Satoshşi Nakamoto olduğunu iddia edib və bəzi texniki sənədlər təqdim edib. Lakin kriptovalyuta icması bu iddianı yekdilliklə qəbul etməyib.
2017-ci ildə isə keçmiş “SpaceX” əməkdaşı Sahil Qupta Bitkoinin əsl müəllifinin İlon Mask olduğunu iddia etmişdi. Mask bu iddiaya sosial şəbəkədə zarafatla cavab verərək bir neçə BTC-yə sahib olduğunu, lakin onların harada olduğunu bilmədiyini demişdi.
j
Bəzi iddialara görə, Bitkoin-in ABŞ tərəfindən gizli əməliyyatların maliyyələşdirilməsi məqsədilə yaradıldığı irəli sürülür. Lakin bu fikirlər rəsmi şəkildə təsdiqlənməyib və daha çox konspirasiya nəzəriyyələri səviyyəsində qalır.
Craig Wright
Bu gün Bitkoin bir çox ölkədə investisiya aləti kimi qəbul edilir. Hətta Yaponiya hökuməti işçilərin maaşlarının Bitkoin ilə ödənilməsinə hüquqi imkan yaratdığını açıqlamışdı. Gələcəkdə onun qlobal vahid valyutaya çevrilib-çevrilməyəcəyini söyləmək çətin olsa da, kriptovalyutalar artıq dünya maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilməkdədir.