Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə qarşı əməliyyat
Türkiyədə İsraillə əlaqəli olduğu bildirilən beynəlxalq investisiya fırıldaqçılığı şəbəkəsinə qarşı əməliyyatda 213 şübhəli saxlanılıb. Onlardan 9-u İsrail vətəndaşıdır. İstintaq çərçivəsində 1,5 milyard lirə dəyərində əmlaka həbs qoyulub.
İranla əlaqəli qumar şəbəkəsi 4 milyard dollar ötürüb
“Reuters”in araşdırmasına görə, Dubayda yerləşən lisenziyasız “Shelbit” kriptobirjası İranla əlaqəli qanunsuz qumar və sanksiyalardan yayınma şəbəkəsi vasitəsilə azı 4 milyard dollar emal edib.