2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə geniş qeyd edilib

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə geniş qeyd olunub. GİKM-in regional nümayəndəliklərində keçirilən tədbirlər gənclərin inkişafına dəstək verir, intellektual yarışlar və konsert proqramları təşkil olunub.

70

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət kəsb edir. Bu əlamətdar tarix, Azərbaycan gəncliyinin formalaşması və inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuşdur. Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti, gənclərin intellektual və innovativ potensialının inkişafına şərait yaradır və vətənpərvər gənclərin formalaşmasına xidmət edir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsində Azərbaycan Gəncləri Günü müxtəlif fəaliyyətlərlə qeyd olunub. Tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması məqsədilə maraqlı və interaktiv formatlarda təşkil edilib.

Əlamətdar gün münasibətilə region gəncləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra dövlət qurumlarının nümayəndələri və gənclərin fəal iştirakı ilə görüşlər, panel müzakirələri və interaktiv fəaliyyətlər həyata keçirilib.

Gənclər üçün intellektual yarışlar və inşa müsabiqələri təşkil olunub, qalib iştirakçılar diplom və hədiyyələrlə təltif olunub. Regional nümayəndəlik və bölmələrin fəaliyyətində fərqlənən gənclər də xüsusi mükafatlarla qiymətləndirilib. Tədbirlər musiqili-əyləncəli konsert proqramları ilə davam etdirilib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930