İran Aİ üzvü ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

İran, Aİ-nin İnqilab Keşikçiləri Ordusunu terror təşkilatı kimi tanımaq qərarına etiraz olaraq, Aİ üzvü ölkələrin Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

62

İran mediasında yer alan xəbərlərə görə, İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) üzvü ölkələrin Tehrandakı səfirlərini nazirliyə çağırıb.

Səfirlərin bazar və bazar ertəsi günləri nazirlikdə qəbul edildiyi, görüşdə Aİ-nin İran İnqilab Keşikçiləri Ordusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarının qınandığı bildirilib.

İranlı rəsmi şəxslər görüş zamanı Aİ-nin bu qərarının beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu, həmçinin İran xalqına qarşı hörmətsizlik kimi qiymətləndiriləcəyini vurğulayıblar.

Eyni zamanda, SEPAH-ın İranın milli təhlükəsizliyinin təmin olunmasında önəmli vəzifələr yerinə yetirdiyi, Aİ-nin qərarının isə beynəlxalq sülh və hüququn üstünlüyü prinsiplərinə zərbə vurduğu ifadə edilib.

Qeyd edək ki, Avropa İttifaqı son qərarı ilə İran İnqilab Keşikçiləri Ordusunu terror təşkilatı siyahısına daxil etdiyini açıqlamışdı.

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Kaja Kallas isə sosial media hesabından paylaşdığı mesajında, İran üzərindəki təzyiqlərin cavabsız qalmayacağını və Aİ xarici işlər nazirlərinin SEPAH-ı terror təşkilatı kimi tanıdığını bildirmişdi.