Manikürün tarixi və fransız manikürünün yaranması

Manikür qədim Yunanıstandan başlayaraq Çin, Misir və Avropaya qədər inkişaf edib. Qadınlar üçün baxımlı dırnaqlar harmoniyanın və gözəlliyin simvolu olub. Fransız, Amerikan, Braziliya və Avropa manikür növləri bu gün də məşhurdur.

43

Manikürün tarixi qədim Yunanıstandan başlayaraq Çin, Misir və Avropaya qədər uzanır. Qədim zamanlardan bu günə qədər dırnaqların baxımı və bəzənməsi həm gözəllik, həm də status simvolu olub. Fransız, amerikan, Braziliya və digər növlər modern dövrdə salonlarda məşhurlaşmışdır.

Manikür insanlara hələ kap qədim zamanlardan tanış idi. Qədim Yunanıstanda “kosmet” vəzifəsi mövcud idi. Bu söz çox güman ki, “kosmos” sözündən yaranıb və mənası “səliqə-səhman”, “nizam” deməkdir. Baxımlı dırnaqların olması harmoniyaya addım kimi anlaşılırdı. Kosmetlər qulların arasından seçilirdi. Onların işi yunan vətəndaşlarını aroma yağı qatılmış xüsusi vannalarda çimizdirmək, masaj etmək və dırnaqlarına heyvan yağı və qanından hazırlanmış xüsusi makiyaj sürtmək idi.

Belə kosmetlər e.ə. II əsrdə qədim Romada da mövcud olub.

Belə hesab edilir ki, ilk lak (dırnaq boyası) e.ə XXX əsrdə qədim Çində icad olunub. Bundan yüksək kateqoriyaya mənsub insanların digərilərindən fərqləndirmək məqsədilə istifadə edilirdi. XIV əsrdə Min sülələsi dönəmində qadınlar dırnaqlarını pis ruhları qovmaq amacı ilə 25 sm-dək uzadırdılar. Uzun və baxımlı dırnaqlar qadınlar üçün pisliklərdən qorunmaq vasitəsi, kişilər üçün isə kişilik əlaməti hesab olunurdu. Dırnağı qırılanlar da oludu, lakin belələri üçün çıxış yolu tapılmışdı: onlar dırnaqlarının uclarına qiymətli daşlar yapışdırır, qızıl və gümüş kənarlıqlar taxırdılar.

Qədim Misirdə dırnaqları albalı yarpaqlarından hazırlanmış xına ilə boyayırdılar. Bunu nəinki dırnaqlara, hətta ovucun içinə, ayaq pəncəsinə və saça da sürtürdülər.

Orta əsrlərdə isə sanki hər şey alt-üst oldu. Uzun və baxımlı dırnaqlar natəmizliyin, cadugərliyin və pis ruhların rəmzi hesab olunmağa başladı.

XVI əsrdə saray gözəlləri dırnaqlarına parıltılı boyalar çəkməyə başladılar. XIX əsrdə dırnaqların kənarındakı dəri üçün apelsin çubuqları icad olundu.

XX əsrin ilk on ilindən başlayaraq, qadınlar laka artıq rəngli tozlar da qatmağa başladı. Lak sürtmək üçün ilk kist dəvə tükündən hazırlanıb. 1920-ci illərdə avtomobil boyaları istehsalı dırnaq lakları üçün də mühüm rol oynamağa başladı. 1920-ci ilin ortalarında “Max Factor” şirkəti bej rəngli laklar buraxmağa başladı. Bu laklar metal qablarda satılırdı. Hətta ətirli laklar da satılırdı.

1934-cü ildə “Revlon” şirkəti (rəhbəri Çarlz Revson) ilk dəfə suya davamlı laklar istehsal etməyə başladı. (İndiyədək olan laklar su dəyən kimi pozulurdu). Lak dırnaqda üç günədək qala bilirdi. Lakı silmək üçün adi asetondan istifadə edilirdi. Satışa 6 rəng – qırmızı rəngin müxtəlif variasiyaları buraxılmışdı.

Bu gün gözəllik salonlarında manikürün müxtəlif növlərindən – fransız, Braziliya, Avropa, amerikan və ispan növlərindən istifadə olunur. Bunlardan ən məşhuru fransız manikürüdür. Bunun yaranma tarixi XX əsrin ilk rübünə təsadüf edir. Bu zaman bazarda hegemonluğu ələ keçirmək üçün “Max Factor” və “Revlon” şirkətləri güclü rəqabətə girişmişdilər. “Max Factor” aşınmış dırnaqlar üçün ağımtıl lak icad etdi.

Lakin fransız manikürü biz gördüyümüz səviyyəyə yalnız 1976-cı ildə çata bildi. Bu, “Orly” şirkətinin (rəhbəri Ceff Pink) adı ilə bağlıdır. Belə deyilir ki, Hollivud rejissoru ona universal laklar istehsal etməyi təklif etmişdi. Çünki aktrisalar üçün hər dəfə fərqli laklardan istifadə böyük xərclərə gətirib çıxarırdı. Pink bütün növ dırnaqlara gedən “frenç” – dırnaq dizaynı icad etdi. Soruşa bilərsiz, Pink amerikan olduğu halda, niyə onun icadı ilk fransız manikürü kimi qeyd olunur? Çünki Pinkin ilk müştəriləri fransız aktrisaları və modelləri idi.

“Frençin kiçik qardaşı” – Amerikan manikürü Avropa və Rusiyada çox populyar olmasa da ABŞ-da yayğın və seviləndir. Bu, eyni zamanda, “Beverli Hillz” adlanır.

Avropa maniküründə dırnaqların kənarlarındakı dəri kəsilmir, apelsin çubuqları ilə qaydaya salınır. İspan manikürü də çox atəşli görünür. Dırnaqlara müxtəlif rəngli lakların boyanması dəbdir. Braziliya manikürü də Avropa manikürünü okeanın o tayındakı “qohumudur”.