Zidan Fransa millisinə II Bundesliqadan futbolçu çağırdı

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan zədələnən Pyer Kalülünün əvəzinə Almaniyanın II Bundesliqasında çıxış edən Sael Kumbedini yığmaya dəvət edib. Sonuncu dəfə 2007-ci ildə ikinci liqadan Fransa millisinə futbolçu çağırılmışdı.

7

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gözlənilməz qərar verərək Almaniyanın II Bundesliqasında çıxış edən “Volfsburq” klubunun 21 yaşlı müdafiəçisi Sael Kumbedini milli komandaya dəvət edib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Kumbedi “Yuventus”un zədələnən müdafiəçisi Pyer Kalülünü əvəz edəcək.

Kalülü sol ayağının arxa bud əzələsindən zədə aldığı üçün Fransa millisinin noyabr oyunlarında iştirak edə bilməyəcək.

Kumbedi karyerasında ilk dəfə Fransanın əsas milli komandasına çağırılıb. Daha əvvəl ölkənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən futbolçu əvvəlcə gənclər millisinə dəvət olunmuşdu.

Bu qərar Fransa futbolunda 19 ildən sonra ilk belə hadisədir. Sonuncu dəfə 2007-ci ildə ikinci liqada oynayan futbolçu milli komandaya çağırılmışdı. Həmin vaxt İtaliya B Seriyasında mübarizə aparan “Yuventus”un hücumçusu David Trezege Fransa yığmasında çıxış etmişdi.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 12-də İtaliya, 15-də isə Türkiyə ilə qarşılaşacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.