KTMT Ermənistanı səs hüququndan məhrum etdi – İrəvana qarşı sərt qərar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlük haqlarını ödəmədiyinə görə Ermənistanın səs hüququnu dayandırıb. İrəvan təşkilatda rəhbər vəzifələrə nümayəndə irəli sürmək hüququnu da itirib, lakin formal üzvlüyünü saxlayır.

8

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı üzvlük haqlarını ödəmədiyinə görə səs hüququndan məhrum edib. İrəvanın təşkilatın rəhbər vəzifələrinə öz nümayəndələrini irəli sürmək hüququ da dayandırılıb.

MSNews.az xəbər verir ki, qərar noyabrın 11-də Moskvada keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sammitində qəbul olunub. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İnterfaks” agentliyinin məlumatına görə, Peskov bildirib ki, Ermənistan bir neçə ildir təşkilat qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən KTMT Nizamnaməsinin 25-ci maddəsi əsasında məhdudiyyətlərin tətbiqinə qərar verilib.

“Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyindən təşkilatın nizamnaməsinə uyğun olaraq onun səs hüququndan və məsul vəzifələrə nümayəndə təyin etmək hüququndan məhrum edilməsi qərara alınıb”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu elan edib. İrəvan bu addımı təşkilatın Azərbaycanla bağlı təhlükəsizlik məsələlərində müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. Həmin ildən Ermənistan KTMT büdcəsinə üzvlük haqqı ödəməyi də dayandırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 5-də ölkəsinin KTMT-yə marağının tamamilə tükəndiyini açıqlayıb.

“KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq bu təşkilatla bağlı heç bir marağımız yoxdur”, – deyə Paşinyan bildirib.

Bununla belə, Ermənistan KTMT-dən rəsmi şəkildə çıxarılmayıb və təşkilatın üzvü olaraq qalır.

KTMT-nin Baş katibi Taalatbek Masadı­kov bildirib ki, Ermənistan üzvlük haqları üzrə borcunu tam ödəyəcəyi təqdirdə məhdudlaşdırılmış hüquqlarını bərpa edə bilər. Onun sözlərinə görə, Moskva sammitində Ermənistanın təşkilatdan çıxarılması məsələsi müzakirə olunmayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanın səs hüququnun dayandırılmasının onun kollektiv müdafiə müqaviləsi üzrə əsas təhlükəsizlik təminatlarını avtomatik ləğv etmədiyini bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.